Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İzzət İbrahim Duri | |
---|---|
ərəb. عزَّة إبراهيم الدوري | |
| |
İraqın vitse-prezidenti[d] | |
16 iyul 1979 – 9 aprel 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020[1] (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Bəəs dövründə İraq |
Qoşun növü | İraq Hərbi Birləşmələri |
Döyüşlər | |
Rütbəsi | Feldmarşal |
Vikianbarda əlaqəli mediafayllar |
İzzət İbrahim Duri[2] (ərəb. عزة إبراهيم الدوري; 1 iyul 1942, Əd-Daur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020[1], İraq) — İraq siyasətçisi və hərbi lideri.
İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur.[3] O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir.[4][5] ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir.[6] İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir.[7][8][9] Ölüm səbəbi naməlumdur.[10][11]