Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir.