Şah Feyzal məscidi

Şah Feyzal məscidi
Xəritə
33°43′47″ şm. e. 73°02′13″ ş. u.HGYO
Ölkə  Pakistan
Şəhər İslamabad
Yerləşir İslamabad
Memar Vedat Dalokay
Sifarişçi Feyzal ibn Əbdüləziz əs Səud
Tikilmə tarixi 1987
Üslubu İslam memarlığı
Hündürlüyü 90 m
Şah Feyzal məscidi (Pakistan)
Şah Feyzal məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şah Feyzal məscidi və ya Feysəl məscidi — dünyanın ən böyük məscidlərindən biri. Pakistanın əsas və ən böyük məscidi olan paytaxt İslamabadda yerləşir. Dünyanın ən böyük məscidlərindən birinin belə adlanması tikintini maliyyələşdirilmiş Səudiyyə Ərəbistanı karlı Feysəl ibn Əbdüləziz Əl Səudla bağlıdır.

Məscidin tikintisi 1976-cı ildə başlayıb, 1986-cı ildə sona çatıb. Məscidin sahəsi 5000 kv.metrdir. Burada 700000 insan ibadət edə bilər.

Türkiyəli memar Vedat Dalokay tərəfindən dizayn edilib. Məscidin adı Ginnesin Rekordlar Kitabına daxil edilib.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Şah Feyzal məscidi Pakistanın paytaxtı İslamabad şəhərində, Şah Feyzal prospektində yerləşir. Böyüklüyünə görə Pakistanda 1-ci, dünyada 6-cı yeri tutur. Tikintinin müəllifi Türk memar Vedat Dalokaydır. Məscidin inşası 1976–1986-cı illər ərzində aparılıb.

Bu Cənubi Asiyanın yegənə ən böyük məscididir. Şah Feyzal Məscidi 1986-cı ildən 1993-cü ilədək dünyanın ən böyük məscidi olub. Həmin illərdə o, Kasablankada yerləşən II Həsən məscidini öz ölçüsünə görə geridə qoymuşdu. Hadiəsələrin sonrakı inkişafı nəticəsində sahəsinə görə Məkkədə yerləşən Məscid-əl Haram, Mədinədə yerləşən Məscidi-Nəbəvidən sonra dördüncü yeri tutdu.

Məscid quruluşuna görə bədəvinin çadırına bənzədilib. Tikinti Margalla təpəsin üzərində, maraqlı mənzərənin fonunda inşa olunub. Bunn sayəsində məscid həm gündüz, həm də gecə uzaq məsafələrdən belə çox gözəl görünür. Feyzal məscidi Pakistanın xalq məscidi elan olunur. Bundan bir qədər sonra layihəni maliyyələşdirən və dəstəkləyən Səudiyyə Ərəbistanının mərhum kralı Feyzal ibn Abdul-Əzizin adını alır.

Vedat Dalokay bu layihəsinə görə "Ağa Xan memarlıq mükafatı" ilə təltif olunub. Burada eyni anda 200.000 insanın ibadət etməsi mümkündür. Ərəb Bədəvi çadırının ənənəvi görünüşü saxlanaraq ona müəyyən müasir xətlər əlavə olunmuşdur. Məscidin tərtibatı çox müasir və bənzərsizdir. Burada olan ənənvi müsəlman məscidlərinə olan qübbə yer almayıb. Lakin daxili tərtibatına görə o dünyadakı bütün məscidlərdən fərqlənir. Bu məscidin nisbətən qeyri-adi dizaynı var. Onun namaz zalı böyük çadır formasındadır. Məsciddə dörd minarə var. Onların hər birinin hündürlüyü 90 metr təşkil edir. Minarələrin forması türk üslubundan götürülüb və onlar qələm kimi nazik formada inşa olunub. Şərq girişindəki ibadət zalının fasadı portiklərlə bəzədilib. Beynəlxalq İslam Univeristeti əsas həyətdə yerləşirdi. Bu yaxınlarda o yeni şəhərciyə köçürüldü. Məsciddə hələ də mühazirə zalları, kafe, kitabxana yerləşir. Çadırvari hissənin əsas otağı ağ mərmər, kalliqrafiya nümunələri və mozaykalarla bəzədilib. Mozaykalar və kalliqrafiya örnəkləri Pakistanlı rəssam Sadequain tərəfindən işlənib. Buradakı qəndillər türk üslubuna xasdır və öz möhtəşəmliyi ilə seçilir. Mozaykalar qərb divarında yerləşdirilib. Kufi yazısı ilə yazılmış Kəlimeyi-şəhadətin qədim əlyazması isə bir neçə yerdə təkrarlanıb. Şah Feyzal məscidi 5000 m² ərazini əhatə edir. Onun minarələri Asiyadakı məscidlərin içərisində ən uzun minarə elan olunub.

Məscidin inşasına təkan olan hadisə 1966-cı ildə sonuncu kral Feyzal ibn Abdul-Əzizin Pakistana rəsmi səfəri zamanı bu ölkənin xalq məscidinin inşa edilməsi üçün Pakistan hökumətinə göstərdiyi dəstək oldu. 1969-cu ildə 17 fərqli ölkədən gələn 43 təklifin yer aldığı beynəlxalq müsabiqə keçirilir. Nəticədə, məscid layihəsini Türk memar Vedat Dalokay tərtib etdi. Pakistanın milli məscidinin inşasına 1976-cı ildən başlandı. Tikintinin ümumi dəyəri 130 milyon riyal (təxminən bu gün 120 milyon dollar) təşkil edir. Bütün xərclər Səudiyyə Ərəbistanının kralı tərəfindən qarşılanır və bu işə Əzim Xan rəhbərlik edir. Kral Feyzal ibn Abdul-Əziz məscidin və ona aparan yolun inşasında göstərdiyi böyük qayğıya görə 1975-ci ildə onun öldürülməsindən sonra prospektə və məscidə kralın adı verilir. 1986-cı ildə işlər başa çatıdırlır və məscid Beynəlxalq İslam Universitetinin binası kimi istifadə olunur. Bir çox tənqidçi Müsəlmanlar qeyri-konservativ tərtibatından və ənənəvi qübbəsi olmadığından əvvəllər çox tənqid olundu. Tənqidlərin susdurulmasında Margalla təpəsinin tikintini əvəzsiz tamamlayan görünüşü rol oynaydı.