Şanti (ing. sea shanty, həmçinin chantey; fr. chanter sözündən – hərf. oxumaq) — İngiltərə musiqisinin alt janrı, ingilis dənizçilərinin oxuduğu mahnılar. Onlar XX əsrə qədər geniş miqyasda yayılmışdı. Şantilər indiki dövrdə kolleksiyaçılar və xalq musiqisi həvəskarları tərəfindən qorunur.
Şantilər indiki dövrdə folk qrupları tərəfindən müntəzəm olaraq oxunur. İrlandiyanın "The Dubliners", Kanadanın "The Irish Rovers" və Fransanın "Marée de paradis" qrupları bunlara nümunədir.[1]