Rayon | |||||
Şaran rayonu | |||||
---|---|---|---|---|---|
Шаран районы | |||||
|
|||||
54°49′09″ şm. e. 53°59′35″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi | 1 384 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34769 | ||||
Poçt indeksi | 4526ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şaran rayonu (başq. Шаран районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayonun inzibati mərkəzi Şaran kəndidir.
Başqırdıstanın qərbində yerləşir. Ərazisinin dörddə bir hissəsini meşələr təşkil edir. Ərazisindən İk və Syuk çayı keçir. Burada neft yataqları və kərpiç mammalının ehtiyatları vardır. Rayonun ərazisi 1 384 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 43 km məsafədə uzanır.
1935-ci ildə Başqırdıstan ərazisində təşkil edilən 14 rayondan biridə Şaran rayonu olmuşdur. Əvvəllər onun ərazisi Tuymazı, Bakalimnski, Çekmaquşey rayonları ərzisinə daxil idi.
İlk təşkil olunma zamanı 26 kənd inzibati vahidliyinə 136 yaşayış məntəqəsi daxil idi. Burada cəmi 52 min insan yaşayırdı. Rayonun 8349 sakini alman faşıstlərinə qarşı müharibədə iştirak etmişdir. Müharibə illərində rayondan 4317 şaranlı həlak olmuşdur.
Böyük Vətən müharibəsi dönəmində cəbhəyə 3 milyon pud çörək, 18 min sentner ət, 5 milyon 813 min süd, 21 milyon rubl pul göndərilmişdir. Bu dövrdə rayonun 6580 sakini müxtəlif medallarla mükafatlandırılmışdır.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Şaran rayonu ərazisin milli tərkibi:tatarlar — 33 %, başqırdlar — 24,9 %, , marilər — 19,7 %, ruslar — 11,6 %, çuvaşlar — 9,7 %, digər millər — 4,3 %[2]. Milli tərkib:
İl | başqırdlar | tatarlar | marilər |
---|---|---|---|
1970 | 13,5 % | 38,9 % | |
1989 | 6,4 % | 51,0 % | |
2002 | 31,1 % | 27,3 % | 20,2 % |
2010 | 24,9 % | 33 % | 19,7 % |
Şaran rayonunda 13 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir[3][4].
Kənd təsərrüfatının istiqaməti: yemlik-heyvandarlıq istiqamətli, şəkər çuğunduru, arıçılıq.
Rayon ərazisindən bir çox qaz kəmərləri keçir. Misal: Çelyabinsk — Petrovsk, Urenqoy — Petrovsk və Urenqoy — Novopskov. Kompressor stansiyasından il ərzində 85 mlrd m³ qaz nəql edilir. Rayondan Bakalı — Tuymazı və Çekmaquş — Tuymazı avtomagistalları keçir.
Rayon ərazisində 49 ümumtəhsil mərkəzi, 17 orta məktəb, 26 kütləvi kitabxana, 51 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada tatar və başqırd dillərində «Şaranskie pastorı» adlı qəzet buraxılır.