Üzüm (Vitis) | |
Şardone | |
---|---|
Rəngi | ağ |
Mənşəyi | |
VIVC | 2455 |
Şardone — üzüm növü.
Qədim zamanlardan mərkəzi və şimal-şərqi Fransa üzümlüklərində becərilir. Krasnodar diyarının Qara dəniz sahillərində, Ukraynada (əsasən Krım vilayəti), Gürcüstanda və Moldovada geniş yayılmışdır. Respublikamızda Ağstafada və üzüm kolleksiyalarında becərilmişdir. Bu sort tez-tez Pineo Şardone adlandırılır.
Morfoloji əlamətlərinə görə Pino qrupuna daxil olan sortların hamısından fərqlənir. Yalnız istifadə istiqamətinə görə oxşarlıqları vardır (şampan şərabçılığında). Kolları orta böyümə gücünə malikdir.
Çiçəkləri öz-özünü tozlayandır. Salxımı xırda və orta, silindrik və yaxud konusvari, az hallarda pəncəli, sıx və seyrəkdir. Gilələri orta irilikdə, az hallarda xırdadır, girdə, yaşılımtıl-ağdır. Qabığı qalın, ləti şirəli və axıcıdır. Dadı adi, çox ahəngdar və təravətlidir.
Şardone orta yetişən tipik şərab sortudur. Krasnodar diyarının Qara dəniz sahillərində basdırılmayan şəraitdə sentyabrın əvvəllərində yetişir. Məhzuldarlığı yüksəkdir, ancaq sabit deyil. Gilələri noxudlarunağa meyillidir. Az təsərrüfat əhəmiyyəti olan klonlar əmələ gəlmişdir. Əsas sort bu klonlardan təmizlərunəlidir.
Sortun turşuluğu sabit qalmaqla yüksək şəkər toplama enerjisi vardır. Yüksək keyfiyyətli şampan şərabları alınır.