Şarl Longe | |
---|---|
Doğum tarixi | 14 fevral 1839[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 avqust 1903[1] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | siyasətçi, jurnalist, tərcüməçi |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şarl Feliks Sezar Longe (14 fevral 1839[1], Kann[d][3] – 5 avqust 1903[1], Paris[3]) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872).
Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866),[4] eləcə də Lozanna (1867),[5] Brüssel (1868) və London konfranslarında (1871)[5] nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub.[6]
Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi.[6] Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər.[7]
1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı. Burada o, Jorj Klemanso tərəfindən təsis edilmiş radikal gündəlik qəzet olan "Ədalət" (fr. La Justice) qəzetinin redaktoru vəzifəsini tutdu.[6] Həyat yoldaşı və uşaqları 1881-ci ilin fevralında ona qoşuldular və ailə Paris yaxınlığındakı Arjantöy qəsəbəsində məskunlaşdı.[7] Burada Cenni 1883-cü ilin yanvarında, ehtimal ki, sidik kisəsi xərçəngindən vəfat etdi.[6] İki ay sonra Cenninin atası Karl Marks da öldü; Longe onun dəfn mərasimində çıxış edənlərdən biri idi.[8]
Şarl Longe 5 avqust 1903-cü ildə 64 yaşında Parisdə vəfat etdi. O, Per-Laşez qəbiristanlığında dəfn edilib.