Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şarliz Teron | |
---|---|
afrik. Charlize Theron | |
Doğum tarixi | 7 avqust 1975[1][2][…] (49 yaş) |
Vətəndaşlığı | |
Partnyorları |
|
Fəaliyyəti | aktrisa, model[d], film prodüseri, televiziya aktrisası, kino aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
Boyu | 177 sm |
Mükafatları | |
IMDb | ID0000234 |
charlizeafricaoutreach.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Şarliz Teron (7 avqust 1975[1][2][…]) — CAR-da doğulmuş ABŞ aktrisa, kinoprodüser və modeli.[3]
Hollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir. Əvvəlki həyatına qayıtmağa risk etməyən aktrisa anasını yalnız qoyaraq İtaliyaya gedir və orada model olaraq işləməyə başlayır. Milanda bir agentliklə müqavilə imzaladıqdan sonra bir çox məşhur jurnalların üz qabığında rəsmləri çap olunur.
Bir il sonra 1992-ci ildə Nyu-York şəhərinə köçür. Bir daha heç vaxt modellik etməyəcəyinə söz verir və aktrisa olmağı qarşısına məqsəd qoyur. Nyu-Yorkda "Joffrey" adlı məktəbdə rəqs dərsləri alır. Bir çox balet tamaşalarında oynayır. Həmin illərdə onunçün bədbəxt hadisə baş verir. Dizindən ağır zədələnir. Bu zədə onun professinal rəqqas olma xəyallarının üstündən xətt çəkir. Daha sonra Hollivuda gedən aktrisa müxtəlif işlərdə çalışmağa başlayır.
Theron istedadının kəşf edilməsini 1994-cü ilə qədər gözləməli olur. John Hurt və Renee Russo kimi aktyorların menecerliyini edən John Crosby aktrisanın istedadını üzə çıxarır. "Vadidə 2 gün" (2 Days in the Valley) filmindəki rolu aktrisa kimi ilk ciddi sınağı olur. Aktrisaya şöhrət gətirən film isə Keane Reeves və Al Paçino kimi aktyorların baş rollarında oynadığı 1997-ci il istehsalı "Şeytanın Vəkili" (The Devil’s Advocate) filmindəki rolu olur. Filmdə Reavees`in həyat yoldaşını oynayan Theron filmin ən çox danışılan simalarından birinə çevrilir.
1998-ci ildə Vudi Allenin rejissorluğunu etdiyi "Məşhurluq" (Celebrity) filmində aktrisaya kiçik bir rolu həvalə edir. Bundan sonra Theron Bill Paxton ilə birlikdə "Qüdrətli Coy Yanq" (Mighty Joe Young) adlı filmdə baş rolları paylaşırlar. Hollivudun pillələrində hər gün zirvəyə bir az da qalxan aktrisa 1999-cu ildə "Astronavtın Arvadı" adlı trillerdə Johnny Depp ilə birlikdə çəkilir.
Aktrisanın növbəti filmi "Şərabişinin Qanunları" (The Cider House Rules) olur. Filmdə gənc aktyor Tobey Maguire ilə birlikdə çəkilir. 2000-ci ildə artıq Charlize Theron Hollivudun ən tanınmış aktrisalarından birinə çevrilir. Həmin il o, bir neçə filmdə rol alır. Ben Afflek`lə birlikdə "Azart oyunları" (Reindeer Games), Mark Wahlberg və Joaquin Phoenix kimi aktyorlarla "Bağçalar" (The Yards), Rober De Niro ilə birlikdə "Şərəfli Adam" (Men of Honor) və Will Smith, Matt Damon kimi aktyorlarla "Baqqer Vansın Əfsanəsi" (Legend of Bagger Vance) filmində öz aktrisalıq qabiliyyətini sərgiləyir.
2001-ci ildə aktrisa 3 filmə çəkilir — "Əqrəbin Lənəti" (The Curse of the Jade Scorpion), "15 dəqiqə" (15 Minutes) və Şirin Noyabr (Sweet November). Danılmaz faktdır ki, Charlize Theron ona Oskarı qazandıran "Monster" filmindəki rolundan daha çox, "Şirin Noyabr" filmində canlandırdığı Sara Deever obrazı ilə tanınır. Film mükafat cəhətdən kasad olsa da, ən uğursuz filmlərə verilən "Razzie" mükafatına nominatlar arasında yer alsa da insanlar tərəfindən çox sevilir. 2003-cü il aktrisaya Oskarı qazandıran il oldu. Real hadisə əsasında ekranlaşdırılmış "Monster" filmində canlandırdığı fahişə qatil obrazı ona böyük uğur qazandırdı. Həmin il ən yaxşı aktrisa nominasiyasında o, Oskara layiq görüldü. "Monster" filmindən sonra da Charlize Theron bir çox filmlərdə rol aldı. Xüsusilə "Yol" (The Road), "Prometheus", "Hancock" filmlərindəki rolları daha çox yadda qalan oldu.