Şarqan səkkizliyi

Şarqan səkkizliyi
Ölkə: Serbiya
Tipi: ensiz dəmiryolu xətti
Qərargahı: Mokra-Qora
Təsis etmə tarixi: 2003
Uzunluq: 15,5 km.
Genişliyi: 760

Şarqan səkkizliyi (serb. Шарганска осмица / Šarganska osmica) — Serbiyanın Mokra Qora və Şarqan-Vitasi yaşayış məntəqələri arasından keçən ensiz dəmiryolu xətti. Turistlər üçün məşhur görməli yerlərdən biri. Serbiyanın 7 möcüzəsi siyahısına daxil edilmişdir.

Mokra Qora qəsəbəsi ilə Şarqan aşırımı arasında dəmir yolunun tikintisi 1916-cı ildə başlanılır. Bosniya ilə Serbiyanı əlaqələndirməli olan dəmiryol əlaqəsi böyük bir layihə çərçivəsində Belqrad, Ujise, VişeqradSarayevo birləşdirilməlidir. Tikinti çətin ərazi ilə ziddiyyət təşkil edirdi, yollar yüksək dərələr və kəsik qayalardan keçməli idi. Bu məsələnin həlli üçün birinci sinif mütəxəssislər layihənin icrasına cəlb olunmuşdur. Relslər arasında məsafə 750 mm olaraq qəbul edildi. Çünki dar ölçülü dəmir yolları bu vəziyyətdə daha ucuz və tələblərə daha yaxşı cavab verirdi. Tikinti əsnasında 5 körpü və 22 tunel inşa edilmişdir. Xəttin ümumi uzunluğu 58 km-dir.

Bu yol "Səkkizlik" adlandırıldı. Çünki yuxarıdan baxdıqda 8 ədədini xatırladır. Bu qeyri-adi forma tez-tez bükülmə ilə əhəmiyyətli bir yüksəklik fərqi (təxminən 300 m) ilə diktə edilir. Xətt ilə ilk qatar 1925-ci ildə hərəkət etmişdir[1][2].

Turistik obyekt

[redaktə | mənbəni redaktə et]

1974-cü ildə xəttin rentabellilik əhəmiyyəti aşağı olması səbəbindən bağlanılır. 1998-ci ildə isə onu turizm məqsədi ilə işlətməyi qərara alırlar. Əvvəlcə restorasiya işi bir qrup bu işdə maraqlı olanlar tərəfindən həyata keçirilir. Onlar ictimaiyyətin diqqətini cəlb etməyə müvəffəq olurlar və müxtəlif mənbələrdən maliyyələşməni təşkil edə bilirlər. O cümlədən layihə Serbiya Turizm Nazirliyinin və ölkənin "Zheleznica Srbīge" başlıca dəmiryolu şirkəti nəzarəti altına alındı. Nəticədə 2003-cü ildə uzunluğu 15,5 km olan "Şarqan səkkizliyi" turist marşrutu açıldı.

Bu gün yol tam olaraq muzey-turizm əhəmiyyətli memarlıq kompleksi halına gəlmişdir. Hər gün 3–4 retro sərnişin qatarı dörd stansiya arasında (Mokra-Qora, Yatare, Qolubiçi, Şarqan-Vitasi) hərəkət edir. Həftədə bir dəfə isə qatarlar Bosniya istiqamətdə hərəkət edir. Maşrut yalnız yay ayları fəaliyyətdə olur. Geriyə dönərkən qatarla turistlərin ən gözəl mənzərələri çəkə bilməsi üçün dayanır[3][4].

  1. Шарганска осмица (Шарганская восьмерка) Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine Иоаннов Родник
  2. Сателитом прате белоглаве супове Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine, В. Новости, 7. јануар 2014.
  3. Gözəl daş diyarı. Serbiya. Şarqan səkkizliyi Arxivləşdirilib 2016-06-05 at the Wayback Machine Travel. Ru
  4. Koetsier, Teun; Ceccarelli, Marco. Explorations in the History of Machines and Mechanisms: Proceedings of HMM2012. Springer Science & Business Media. 2012. 397. ISBN 978-94-007-4132-4.