Şati qaçqın düşərgəsinə aviazərbələr | |
---|---|
Ümumi məlumatlar | |
31°31′56″ şm. e. 34°26′43″ ş. u.HGYO | |
Yeri |
|
Tarix | 9 oktyabr 2023 |
Şati qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixində HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzə zolağında yerləşən Şati qaçqın düşərgəsinə aviazərbələri. Hücumlar nəticəsində dörd məscidi dağıdılmış, içəridə olan insanlar həlak olmuşdur. Düşərgədə 90 mindən çox qaçqının yaşayır və bu, Qəzzənin üçüncü ən böyük qaçqın düşərgəsidir.[1] 12 oktyabrda 13 nəfərin ölümü ilə nəticələnən ikinci aviazərbə həyata keçirilmişdir.[2]
Şati düşərgəsi 1948-ci ildə Ərəb–İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən qaçan və ya qovulan təxminən 23,000 fələstinli üçün yaradılmışdır. Buraya kanalizasiya sistemi, sağlamlıq mərkəzi və 23 məktəb (17 ibtidai, 6 orta) daxildir.[1][3] 0,52 km² ərazisi ilə 2023-cü ilə qədər dünyanın ən sıx məskunlaşmış yerlərindən biri olmuşdur.[1]
"HƏMAS"ın Qəzza zolağından İsrailin cənubunu işğal etməsindən sonra İsrail Qəzzə zolağında müxtəlif ərazilərə aviazərbələr endirmişdir. Şati aviazərbələri zamanı dörd məscid – Qərbi məscidi, Yasin məscidi və Susi məscidi vurulmuşdur. Peyk çəkilişlərinə görə hamısı məhv edilmiş və yerli xəbərlər içəridə naməlum sayda insanın öldüyünü bildirnişdir.[4][5][6] Fələstin Səhiyyə Nazirliyi hadisəni "qətliam" kimi qiymətləndirmişdir.[7][8]
İDF sözçüsü tərəfindən yayımlanan qeydə görə, "HƏMAS" Şati düşərgəsinin iki yaşayış məntəqəsi arasında qalmış dinc əhalidən canlı qalxan kimi istifadə etmək üçün onların ərazini tərk etməsinə mane olmuşdur.[9]