İslam | |
Şaxi Zinda | |
---|---|
Din | |
Statusu | Nekropol |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Səmərqənd |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şaxi Zinda (özb. Shohizinda; fars. شاه زنده - "yaşayan şah") ― Özbəkistanın Səmərqənd şəhərinin şimal-şərqində nekropol.
Şaxi Zinda kompleksinə 11-15-ci və 19-cu əsrlərə aid məqbərələr və dini tikililər daxildir. Şaxi Zinda ("yaşayan kral" deməkdir) adı Məhəmməd peyğəmbərin əmisi oğlu Qutam ibn Abbasın burada dəfn edilməsi ilə bağlı əfsanə ilə əlaqələndirilir. O, VII əsrdə, ərəb istilası dövründə Səmərqəndə İslamı təbliğ etmək üçün gəlmişdi. Məşhur əfsanələrdə inancına görə onun başının kəsildiyi, amma ölmədiyi, başını götürüb indi də yaşadığı dərin quyuya (Cənnət bağı) girdiyi söylənilir.
Şaxi Zinda kompleksi səkkiz əsr (11-19-cu əsrlər) boyu formalaşmışdır və hazırda iyirmidən çox tikilini ehtiva edir.
Kompleks üç tikili qrupundan ibarətdir: yerli dildə çartak adlandırılan dörd tağlı günbəz keçidlərlə birləşdirilmiş alt, orta və yuxarı. Buradakı ən qədim tikililər 11-12-ci əsrlərə aiddir. İndi bu tikililərin əsasən özülləri qalmışdır. Tikililərin çox hissəsi 14-15-ci əsrlərə aiddir. 16-19-cu əsrlərdə kompleksdə aparılmış yenidənqurma işləri heç bir əhəmiyyət daşımamış və onun ümumi tərkib və görünüşünü dəyişdirməmişdir.[1]
Əsas korpus - Kusam-ibn-Abbas kompleksi ərazinin şimal-şərq hissəsində yerləşir. Kompleks bir neçə binadan ibarətdir. Tikililər arasında onlardan ən qədimi olan Kusam-ibn-Abbas məqbərəsi və məscidi (16-cı əsr) var.[2]
Tikililərin yuxarı qrupu bir-birinə baxan üç məqbərədən ibarətdir. Onlar arasında ən erkən tikilmişi şimaldan keçidi tamamlayan Xoca-Əhməd məqbərəsidir (1340-cı illər). Sağda yerləşən, 1361-ci ildə tikilmiş məqbərə eyni keçidi şərqdən məhdudlaşdırır.[3][4][5]
Orta qrup XIV əsrin son rübü - XV əsrin birinci yarısına aid məqbərələrdən ibarətdir və Teymurun yaxınları olan hərbi və ruhani aristokratiyanın adları ilə əlaqələndirilir. Qərb tərəfdə Teymurun qardaşı qızı Şadi Mülk Ağanın məqbərəsi önə çıxır. Bu günbəzli məqbərə1372-ci ildə inşa edilmişdir. Qarşı tərəfdə Teymurun bacısı Şirin Bikə Ağanın məqbərəsi yerləşir.[6][7][8]
Şirin Bikə Ağa məqbərəsinin yanında XV əsrin birinci yarısına aid qeyri-adi bir məzar abidəsi olan "Sekizron" yerləşir.[9]
Çox pilləli pilləkənin yanında aşağı qrupun ən yaxşı tikililəri yerləşir. Bunlardan biri XV əsrin əvvəllərinə aid cüt qübbəli mavzoleydir. Bu mavzoley alim və astronom olan Kazi Zadə Rumiyə həsr edilmişdir. Bu səbəbdən də 1434-1435-ci illərdə Uluğbəy tərəfindən onun məzarının üstündə tikilmiş cüt qübbəli mavzoleyin qübbələri, kral ailəsinin mavzoleyin qübbələri ilə müqayisə edilə biləcək yüksəkliyə sahibdir.[10]
Kompleksin cənub istiqamətinə dönən əsas giriş qapısı 1434-1435-ci illərdə Uluğbəyin rəhbərliyi altında inşa edilmişdir.[11]