Şaşikala | |
---|---|
Doğum adı | Shashikala Jawalkar |
Doğum tarixi | 4 avqust 1932[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 4 aprel 2021 (88 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kino aktrisası, televiziya aktrisası |
Fəaliyyət illəri | 1944–2006 |
Mükafatları | |
IMDb | ID0789374 |
Vikianbarda əlaqəli mediafayllar |
Şaşikala Cavalkar-Sayqal (Maratx dilində: शशिकला जवळकर-सैगल; 4 avqust 1932[1], Solapur[d], Britaniya Hindistanı – 4 aprel 2021, Mumbay) və ya səhnə adı ilə Şaşikala — Hindistanlı aktrisa.
O, 4 avqust 1932-ci ildə müasir Maharaştra əyalətinin Solapur rayonunda varlı ailədə anadan olmuş və eyni zamanda da ailəsindəki altı uşağın ən kiçiyi olmuşdur. Onun atası Anantrao Cavalkar parça taciri idi və özünün dükanı var idi, lakin şəraitin pisləşməsi səbəbindən müflis olmuş, bundan sonra ailənin hətta yeməyə belə pulu qalmamışdır. Onda beş yaşı olan beş yaşlı Şaşikala rəqs və dram dərnəyinə qoşulmuş və ailəyə maddi köməklik etmək üçün onunla birlikdə rayonun müxtəlif yerlərində çıxışlar etmişdir.
Nəticədə ailənin dostlarından biri ona kinoda iş axtarmağı təklif etmişdir. Bunun üçün ailə Bombaya köçmüş və burada Şaşikala atası ilə birlikdə iş axtarışı üçün kinostudiyalara müraciət etməyə başlamışdır. Beləliklə o burada, 1945-ci ildə çəkilmiş Qızım Zinət filmində qız rolunu oynamağı təklif edən Nur Cahanın diqqətini cəlb etmişdir, lakin Şaşikala o zaman filmin çəkildiyi urdu dilini bilmədiyi üçün o, yalnız qavvali səhnəsində iştirak edə bilmiş və bunun üçün 25 rupi almışdır. Nur Cahanın dəstəyi ilə o, Nur Cahanın əri, rejissor Şövkət Hüseyn Rizvi ilə 400 rupi maaşla dörd illik bir müqavilə imzalamışdır.
O, təxminən on ilə yaxın müxtəlif filmlərdə kiçik rollar oynamağa davam etmişdir. Nəticədə o, V. Şantaramanın "The Girl from Bombay (1953) filmində ikinci plan rolunda çıxış etmişdir. Həmçinin həmin il ekranlara çıxmış Şantaramanın digər filmi olan və çılğın qadından bəhs edən Surang filmində də rol almışdır. Aktyor Sandhya rejissorla mübahisə etdikdən sonra ona "Ankle Bells Are Ringing" filmində baş rol oynamaq üçün müraciət edilmişdir, lakin sonradan bu fikir dəyişdirilmiş və Şaşikala rolunu itirmişdir.
Karyerasında digər diqqətəlayiq məqam isə Bimal Royun kasta məsələsini gündəmə gətirdiyi "Toxunulmaz" (1959) filmindəki rolu olmuşdur. Şaşikala həmçinin də Taraçand Barjatyanın "Aarti" (1962) filmində də iştirak etmiş və bu da onu rejissorların mənfi rolları canlandırmaq üçün tez-tez istifadə etdiyi aktyorlardan birinə çevirmişdir. Bundan sonra o, Delusion (1963), The Test of Time (1965), Anupama (1966) və Çiçək və Daş (1966) kimi filmlərdə kiçik rollarda görünmüşdür.
1980-ci illərdə o, Beauty (1980), Arjuna (1985), Khamosh Nikahen (1986), Ghar Ghar Ki Kahani (1988), Truth (1989), Pardesi Babu (1998) filmlərində rol almışdır. O, "Baadşah" (1999) filmində Şahrux Xanın canlandırdığı obrazın anası rolunu, "Həm kədərdə, həm də sevincdə" (2001) filmində Kamo rolunu, həmçinin Jhankaar Beats (2003) və Mujhse Shaadi Karogi (2004) və Padmashree Laloo Prasad Yadav (2005) filmlərində də müxtəlif rolları canlandırmışdır.
2000-ci illərdə televiziyada fəaliyyətə başlamışdır və Apnaapan, Dil Deke Dekho və Son Pari kimi Hindistan istehsalı olan seriallarda rol almışdır.
2007-ci ildə o, kinoya verdiyi töhfəyə görə ölkənin dördüncü ən yüksək mülki mükafatı olan Padma Şri mükafatını əldə etmişdir.
Aktrisa 4 aprel 2021-ci ildə 88 yaşında Mumbaydakı evində vəfat etmişdir.