Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şeyx Mənsur | |
---|---|
çeç. Мансур | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyun 1762 |
Vəfat tarixi | 13 aprel 1794 (31 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | hərbi lider[d] |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı. Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır[1].
Qafqazda müridizmin ilk yayıcısı 1760-cı ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur[2], bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq, çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi[3]. Rus komandanlığı Şeyx Mənsurun başladığı hərəkatdan vahiməyə düşərək, böyük qoşun dəstələri yaradır; iki diviziya, onlarla süvari polku, iki kazak alayı eyni vaxtda Mənsurun üzərinə yeridilir və Anapa döyüşlərində Şeyx Mənsur əsir alınır. Bu yenilməz mücahid Rusiya İmperiyasının çariçası Yekaterinanın əmri ilə 1794-cü ildə edam olunur. Bundan sonra İmam Mənsurun tərəfdarları dağılır və müridizm hərəkatı bir qədər səngiyir. Yalnız 1823-cü ildən sonra müridizm Dağıstanda və Çeçenistanda yeni zəmində dirçəlir və inkişaf edir.