İsrail Müdafiə Qüvvələri (IDF) hava hücumunu həyata keçirdiyini etiraf etmiş,[4] hücumda "HƏMAS" yaraqlılarının öldürüldüyünü,[2][5][6] təcili yardım maşınlarından birinin "HƏMAS" personalını və silah-sursarını daşımaq üçün istifadə edildiyini bildirmişdir.[7] "HƏMAS" hökumətinin bir hissəsi olan Qəzzə Səhiyyə Nazirliyi təcili yardım maşınlarının hərbi səbəblər üçün istifadə edilməsi iddiasını təkzib etmişdir.[8] "Human Rights Watch" təşkilatı "təcili yardım maşının hərbi məqsədlər üçün istifadə edildiyinə dair sübut tapmadığını" əlavə etmişdir. "The Washington Post" videoları təhlil etmiş, silah və ya hərbi geyimdə olan şəxslərə dair heç bir dəlil tapmamışdır.