Şimali Amerika Kordilyerləri

ŞimaliCənubi Amerikanın qərb kənarı boyu uzanmış Kordilyerlər Aleut adalarından Odlu Torpağa qədər davam edir. Uzunluğu 16000 km-dir. Şimali Amerika Kordilyerləri dedikdə isə şimaldan Mərkəzi Amerikaya qədər olan hissə nəzərdə tutulur. Onun cənub sərhədi bəzən Panama boğazında, bəzən isə daha şimalda götürülür. Uzunluğu 7000 km-dən çoxdur və qitənin 1/3 hissəsini tutur.

Kordilyerlər 5 morfostruktur zonaya ayrılır: 1) Qayalı dağlar zonası; 2) Daxili yaylalar zonası; 3) Nevada qırışıqlığı zonası; 4) Faylı Syerra Nevada; 5)Sahil silsiləsi zonası.

Kordilyerlərin ayrıldığı morfostruktur zonalar
Kordilyerlərin relyefi

Qayalı dağlar zonası

[redaktə | mənbəni redaktə et]

Bu zona Alyaskada Bruks dağlarından başlayıb cənubda Qərbi Syerra-Madreyə qədər uzanır. Qayalı dağlar qırışıqlığının əsası mezozoyun Larami qırışıqlıq epoxasında yaranmışdır. Bruks dağları enlik istiqamətində uzanır. Əsasən Paleozoy və Mezozoy çöküntülərindən ibarətdir, yüksəkliyi 2816 m-ə çatır. Şərqdə dağlar öz istiqamətini kəskin dəyişir və cənub şərqə uzanır. Burada Bruks və Makkenzi dağları arasında böyük tektonik və oroqrafik əyilmə sahəsi yerləşir.

Makkenzi dağları böyük sahədə tağvari qalxım nəticəsində yaranmışdır. Paleozoy çöküntülərindən ibarətdir. Yüksəkliyi 2774 m-ə çatır.

ABŞ qayalı dağları Kanadada olduğu kimi eyni istiqamətdə uzanan silsilə dağlar əmələ gətirmir. Burada ayrı-ayrı dağlar, massivlər, tək-tək halda sıra dağlar var. ABŞ qayalı dağları cənubda öz oroqrafik əhəmiyyətini itirir və yaylalarla əvəz olunur. Şərqi Syerra-Madre bu tektonik zonanın cənub davamı sayılır. Ən yüksək zirvə Pepya-Nevada dağında yerləşir (3664 m).

Daxili yaylalar zonası

[redaktə | mənbəni redaktə et]

Bu zona Berinq boğazından cənubi Syerra-Madreyə qədər 6000 km məsafədə uzanmaqla Kordilyerlər tərkibində ən böyük morfostruktur vahiddir. Daxili yaylalara Yukon, Freyzer, Kolumbiya, Kolorado, Böyük hövzə, Meksika yaylaları daxildir.

Böyük hövzə mürəkkəb relyefi ilə seçilir. Relyefin əsas formaları yamacları çox kəsilmiş massivlər və onların arasında yerləşən çökəkliklərdən ibarətdir.Bunların bəzilərində duzlu göllər var. Ən dərin çökəklik cənub-qərbdə yerləşən Ölüm dərəsidir.

Meksikada daxili yaylaların qərb kənarı xeyli yüksəyə qalxmış Qərbi Syerra-Madre lava yaylasında əmələ gətirir.

Nevada qırışıqlığı zonası

[redaktə | mənbəni redaktə et]

Bu zonanın faylı və faylı-qırışıqlı dağları Aleut adalarından Koliforniya yarımadasına qədər uzanır. Əsasən Paleozoyun dəniz çöküntülərindən və Mezozoy yaşlı maqmatik süxurlarından ibarətdir.

ABŞ daxilində həmin zona Kaskad və Syerra Nevada dağlarından ibarətdir. Bu dağların quruluşunda böyük qranit batolitləri əsas yer tutur.

Faylı Syerra Nevada zonası

[redaktə | mənbəni redaktə et]

Zona qərbdən tektonik dərələrlə əhatə olunur. Alyaska və Kanadada bu zona çökdüyündən dəniz suları ilə örtülmüş körfəz və boğazlardan ibarətdir. Həmin zona ABŞ daxilində yaxşı nəzərə çarpır. Syerra Nevada ilə ABŞ sahil silsiləsi arasında yerləşən Böyük Kaliforniya dərəsi tektonik dərələr zonasının ən böyük morfostruktur elementidir.

Sahil silsiləsi zonası

[redaktə | mənbəni redaktə et]

Bu zonada yerləşən dağlar Kordilyer dağları sistemində ən cavan dağlar sayılır. ABŞ daxilində bu zona alçaq və orta yüksəklikdəki qırışıq dağlar - Sahil sıra dağları yerləşir. Kanada və Alyaska sahillərində isə bu əsasən dağlıq adalardan ibarətdir.

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın geoloji quruluşunda 5 struktur-formasiya kompleksi ayrılır: Kembriyəqədər bünövrə, Kembri-alt Karbon geosinklinal, üst Paleozoy orogen, üst Perm-üst Təbaşir platforma və Paleogen-Dördüncü dövr fəallaşma növ struktur –formasiya kompleksi. Çöküntü örtüyünün formalaşmasında üst Paleozoydan sonra baş vermiş qırışıqar xüsusi rol oynayır. Çünki, bu dövrdən sonra bir neçə dəfə dənizin qitəyə doğru hərəkəti baş vermişdir. Mezozoyda baş vermiş intensiv vulkanizm Syerra Nevada zonasında maqmatik süxurların toplanmasına şərait yaratmışdır. Bununla əlaqədar bir sıra sahələrdə vulkanik yaylalar əmələ gəlmişdir. Qərbdə olan Sahil Kordilyerləri Kaynozoyda daha intensiv vulkanizmə cəlb olunur və bu vulkanizm hələ də davam etməkdədir. Burada qranit və şistlər geniş yayılmışdır. Mezozoy və Kaynozoyda baş vermiş qırışıqlar meqaantiklinal strukturlar yaratmışdır. Onlar arasında yerləşən çökəkliklərdə isə bu yaşa aid olan çöküntülər toplanmışdır. Həmçinin, Mezozoy erasında baş vermiş maqmatizm böyük bazalt kütlələrinin əmələ gəlməsinə gətirib çıxarmışdır. Neotektonik hərəkətlərin baş verdiyi zonalarda və çayların fəaliyyət göstərdiyi ərazilərdə müasir çöküntülər toplanmaqdadır. Neogen və Dördüncü dövrdə baş vermiş buzlaşmalar dağların intensiv eroziyasına səbəb olmuşdur. Bu dövrlərə aid olan buzlaq çöküntüləri geniş sahələrdə yayılmaqdadır.

Geoloji inkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Paleozoyun sonunda Pangeya parçalanmağa başlamış və Şimali Amerika plitəsi qərbə doğru hərəkət etmişdir. Mezozoyun əvvəlində bu plitənin qərbində ilk subduksiya baş verir. Bunu çöküntütoplanma və sualtı vulkanizm də sübut edir. Yura dövründə Nevada zonasında çox güclü qırışıqlıq və dağ əmələgəlmə baş verir. Bu qırışıqlığın baş verdiyi müddət Nevada qırışıqlıq fazası adlanır. Təbaşirdə baş vermiş Laramid qırışıqlığı Kordilyerlərin şərqində Qayalı dağlar zonasında kristallik bünövrənin qalxmasına səbəb olmuşdur. Kaynozoyda Syerra Nevada zonasında qüvvətli mərkəz püskürmələri olmuşdur. Baş vermiş qırışıqlar Yer qabığının qalınlığının qərbə doğru artmasına gətirib səbəb olmuşdur. Kanada qalxanı və Mərkəzi düzənliklərdə Yer qabığının orta qalınlığı 35 km, Böyük hövzədə 50–55 km, Sahil Kordilyerlərində isə 60–70 km-dir. Kordilyerlərin inkişafı şimaldan cənuba doğru fərqli vaxtlarda baş vermişdir. Şimali Kordilyerlərdə intensiv maqmatizm 100-45 mln il əvvəl (Təbaşir-Eosen), Mərkəzi Kordilyerlərdə (Syerra Nevadada) 220-80 mln il əvvəl (Trias-Təbaşir), Cənubi Kordilyerlərdə 164-85 mln il əvvəl (Yura-Təbaşir) baş vermişdir. Kordilyerlərdə baş vermiş subduksiya Faralon plitəsi ilə, Alyaskada baş vermiş qırışılıq isə Kula plitəsi ilə əlaqədardır. Lakin, Mərkəzi Kordilyerlərdə subduksiya bitmiş və Faralon plitəsi udulmuşdur. Şimalda isə onun qalığı sayılan Xuan de Fuka plitəsi şərqə doğru udulmaqda davam edir.

  • Growth and demise of continental arcs and orogenic plateau in the North American Cordillera: from Baja to British Columbia - D.L.Whitney, S.R.Paterson, K.L.Schmidt, A.F.Glazner, C.F.Kopf – University of Birmingham
  • The Canadian Cordillera: Geology and Tectonic Evolution - R.A.Price – Queen’s University
  • Regional geologiya - O.V.Boqoyavlenskaya, V.N.Puçkov, M.V.Fyodorov – Bakı “Səda” nəşriyyatı 2008
  • Ümumi və regional geotektonika - T.Məmmədov, V.Kərimov
  • Общая геотектоника - В.Е.Хаин
  • Историческая геология – В.Е.Хаин, Н.В.Короновский, Н.А.Ясаманов

Şimali Amerika

Kordilyer (sıra dağlar)

Amerika

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://behruzmelikov.wordpress.com/category/derslikler