Şimali Kipr Türk Respublikası pasportu

Şimali Kipr Türk Respublikası pasportu
türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti pasaportu
Şimali Kipr Türk Respublikasının biometrik pasportuŞimali Kipr Türk Respublikasının biometrik pasportu
Tərəfindən verilib  Şimali Kipr Türk Respublikası
Sənəd növü Pasport
Məqsəd Şəxsiyyət doğrulama və səyahət
Bitmə müddəti 5 il
Xərc 440
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Kipr Türk Respublikası pasportu — Şimali Kipr Türk Respublikası vətəndaşlarına xaricə səyahət etmək üçün verilən sənəd.

Bu pasport ilə yalnız 7 ölkəyə getmək olar. Şimali Kipr Türk Respublikası hökumətinin məlumatına görə, bu ölkələr Avstraliya, Fransa, Pakistan, Türkiyə, ABŞ və Böyük Britaniyadır. Pasport Britaniyanın xarici ərazisi olan Anguillada da etibarlıdır.

  Viza tələb olunmur
  Şimali Kipr pasportunu qəbul edən ölkələr: Gəlişdən əvvəl viza tələb olunur
  Pasport qəbul edilmir

12 iyun 1991-ci il tarixindən etibarən Türkiyə ilə ŞKTR arasında səyahətlər üçün pasport tətbiqi ləğv edildi və Türkiyəyə səyahət üçün yalnız ŞKTR şəxsiyyət vəsiqəsi kifayətdir. Belə ki, iki ölkə vətəndaşları öz aralarında yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilərlər.

Kipr Respublikası isə ŞKTR şəxsiyyət vəsiqəsi ilə ölkəyə girişə icazə verir.

1998-ci ilə qədər ŞKTR pasportu ilə Böyük Britaniyaya vizasız getmək mümkün idi. Ancaq sığınacaq müraciətlərinin artması və Türk tərəfinin Kipr problemində konfederasiya tezisi ilə İngiltərə Kipr türklərinə viza tətbiq etməyə başladı. Böyük Britaniya ŞKTR pasportu olanlara viza verir və viza pasportda deyil, ayrıca vərəqdə işlənir.

Kipr türkləri həm ŞKTR, həm Kipr Respublikası, həm də Türkiyə pasportlarını əldə edə bilərlər.

2012-ci ilin may ayında yeni nəsil biometrik Şimali Kipr Türk Respublikası pasportunun Daxili İşlər Nazirliyi və yerli rəhbərliklər tərəfindən təqdim edildiyi və bunun ən geci 2012-ci ilin sonuna qədər vətəndaşlara veriləcəyi bildirildi.