Şimali Makedoniyada futbol

Şimali Makedoniyada futbol — ölkədə ən kütləvi idman növlərindən biri. Şimali Makedoniya futbol federasiyası 1949-cu ildə təşkil edilmişdir. Ölkə futbol federasiyası isə 1994-cü ildən FİFAUEFA-nın üzvüdür. 3 peşəkar futbol liqasına sahibdir. Super kubok isə 2011-ci ildən keçirilir (mütəmadi deyil).

Ölkənin əsas arenası II Filip stadionudur. Stadion 36 400 azarkeş tutumuna sahibdir. Bu stadionda əsasən milli komanda və yerli «Vardar», «Rabotniçki» klunblarının ev oyunları keçirilir.

Yuqoslaviyanın tərkibində

[redaktə | mənbəni redaktə et]

Makedoniya Sosialist Respublikası 1991-ci ilə qədər Yuqoslaviyanın tərkibinə daxil idi. Bu zaman makedoniya klubları Yuqoslaviya futbol liqasında oynayırdı. Onlar arasında ən məşhuru Skopyenin «Vardar» klubu idi. Şimali Makedon klublarının qalan hissəsi Rabotniçki, Teteks və Pelister əsas liqasında ilk mövsümdəcə oranı tərk edirdilər. Vardar isə Yuqoslaviya çempionatlarında hər zaman ortabab klublardan olmuşdur. Yuqoslaviya dövründə Şimali Makedon futbolunun əsas uğuru Vardarın Yuqoslaviya Kubokunu (1960/1961) qazanması olmuşdur. Çempionatlarda ən yaxşı nəticəsi 1984/1985-ci illər mövsümündə 5-ci yeri tutmasıdır. «Vardar» Yuqoslaviyanı avrokuboklarda təmsil etmişdir. "Vardar" Avrokuboklarda ilk qələbəsini öz meydançasında, Dinamo Buxarest FK ilə oyunda əldə etmişdir[1].

Müstəqillik dövrü

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Şimali Makedoniya müstəqillik əldə etmişdir. 3 il sonra, FIFAUEFA-nın üzvü olmuşdur.

Şimali Makedoniya milli futbol komandası — beynəlxalq oyunlarda Şimali Makedoniyanı təmsil edən milli futbol komandasıdır. Yuqoslaviya dağıldıqdan sonra formalaşmış və ilk oyununu 13 oktyabr 1993-cü ildə Sloveniya milli futbol komandasına qarşı keçirmişdir[2]. Makedoniyalılar Sloveniyanın Kran şəhərində, meydan sahiblərini 4-1 hesabı ilə məğlub etmişdilər. Şimali Makedoniya komandası FİFA Dünya KubokuUEFA Avropa Çempionatının final maçlarında iştirak etməmişdir.

  1. "Vardar 1-0 Dinamo Bucureşti". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  2. "Macedonia - International Results". 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.