Türkiyə–Şimali Makedoniya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyə–Şimali Makedoniya münasibətləri — Şimali Makedoniya Respublikası və Türkiyə arasındakı ikitərəfli diplomatik münasibətlər. Ölkələr Avropa Şurasının və NATO-nun həqiqi üzvləridir və eyni zamanda Avropa İttifaqına (Aİ) üzv olmaq üçün danışıqlar aparırlar.
Tarixi, mədəni və milli əlaqələr sayəsində Şimali Makedoniya və Türkiyə arasında çox yaxın və dostluq münasibətləri qurulmuşdur[1]. 1991-ci ildə Şimali Makedoniya Yuqoslaviya Sosialist Federativ Respublikasından müstəqilliyini elan etdikdən qısa müddət sonra, Türkiyə dünyada onu həqiqəti ilk ölkələrdən biri olur. Rəsmi ikitərəfli münasibətlər 26 avqust 1992-ci ildə qurulmuşdur[2].
2010-cu ildə keçirilən Gellap İnstitutunun sorğularına görə, Türkiyə Şimali Makedoniya vətəndaşlarının böyük əksəriyyəti (80 %) arasında müsbət imicə sahib olan dost bir ölkə sayılır. Şimali Makedoniyanın Türkiyə tərəfindən tanınması, Şimali Makedoniyanın albanların ölkə daxilində sərbəst hərəkəti və hüquqlarını dəstəkləməsinə əsaslanırdı[3]. 2018-ci ilin fevralında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın mövqeyinin səhv olduğunu bildirərək[4], ölkənin ad mübahisəsinə dair danışıqlar zamanı Şimali Makedoniyanın mövqeyini dəstəklədiyini bildirir. Türkiyə Şimali Makedoniyanın Aİ-na üzv olmaq üçün müraciətini də dəstəkləyir[5].
Şimali Makedoniyada 77.959 nəfər vətəndaş türk mənşəlidir, bu da ölkə əhalisinin 3.85 %-ni təmsil edir[6]. Şimali Makedoniya türkləri iki dövlət arasında dostluq körpüsü rolunu oynayır və 2009-2011-ci illər üçün mədəni əməkdaşlıq proqramının bir hissəsi olur. Proqrama görə hər iki tərəf mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığı intensivləşdirməlidir. Bundan əlavə ölkələr bir-birlərinin mədəniyyətlərini təbliğ etməli və mədəni məlumat mərkəzləri açmalıdırlar. Şimali Makedoniya İstanbulda, Türkiyə isə Skopyedə bunu həyata keçirməlidir. Bu baxımdan Şimali Makedoniyanın naziri də ölkəsinin adından açıqlama verərək, Mustafa Kamal Atatürkün Debar yaxınlığındakı Kocacık kəndində yerləşən valideynlərinin evini təmir etməyə qərar verdiyini bildirir[7]. Türk səlahiyyətlilər Şimali Makedoniyadan olan arxeoloqların, sonradan Şimali Makedoniyadakı bir muzeydə nümayiş etdiriləcək olan Sidon sarkofakının nüsxəsini çıxartmasına icazə verir[8].
Şimali Makedoniyanın Ankarada səfirliyi var[9].
Türkiyə Skopyedə səfirliyini mövcuddur[10].