Şirin hoveniya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Şirin hoveniya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şirin hoveniya (lat. Hovenia dulcis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin hoveniya cinsinə aid bitki növü.
Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır.
Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır. Soyuq oranjereyalarda becərilməsi mümkündür.
Dəniz səviyyəsindən 2000 m hündürlükdə, gillicə və ya rütubətli, qumlu torpaqlarda bitir.
Abşeronda, Qəbələdə, Sumqayıtda, Lənkəranda park və bağlarda mədəni şəraitdə becərilir.
Azərbaycanda dekorativ bitki kimi becərilir. Şirin, ətirli meyvə saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə şirin hoveniyanı "yapon kişmiş ağacı" da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.