Şirinbiyan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Cins: Növ: Şirinbiyan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biyan cinsinə aid bitki növü.
Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
Gövdələri düz, azca qol-budaqlı, hündürlüyü 60-80, bəzən də 100 sm-ə çatır. Kökləri şaxələnəndir. Əsas kökü şaquli vəziyyətdə torpağın 2-7 m dərinliyində olur. Kökün yan pöhrələrindən yan gövdələr və köklər əmələ gəlir. Köklər tünd-qəhvəyi, kökümsovları isə tünd-sarı və limonu-sarı rəngdə olub, yerin səthinə yaxınlaşdıqca bozarır. Yarpaqlarında 7-9 yarpaqcıq vardır. Tacı solğun bənövşəyidir. May-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında isə meyvə verir.
Öz yaşıl rəgini bütün yay boyu, sentyabra qədər saxlayır. Böyük sahələrdə bəzən cəngəlliklər əmələ gətirir. Həmin bitkiyə, eləcə də çayır, yovşan, dəvətikanı və dəvəayağı (süpürgə) bitən sahələrdə rast gəlmək olur.
Şirinbiyanın müalicəvi təsiri hələ çox qədimdən insanlara məlum olmuşdur. Hazırkı dövrdə şirinbiyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı istifadə olunur. Şirinbiyan kökündən hazırlanmış cövhəri içərkən orqanizm cavanlaşır. Bundan başqa, ondan ilanvurma, əqrəbsancma, quduzluq əleyhinə də istifadə olunur. Şirinbiyandan maddələr mübadiləsinin nizama salınmasında, iflic – sinir xəstəliklərinin müalicəsində istifadə edilir. Şirinbiyan kökündən elmi təbabətdə sirop və müxtəlif qalen preparatları hazırlanır.
Çoxillik ot bitkisi olub, hündürlüyü 50-200 sm-dir. Gövdəsi çılpaq, çoxsaylı, düzqalxan, sadə və budaqlanandır. Yarpaqları cüt olmayan mürəkkəb lələyəbənzər olub, hündürlüyü 5-20 sm-dir. Yarpaqları parlaq, möhkəm, uzunsov-yumurtaşəkilli və ya neştərşəkilli olub, yapışqanlıdır. Çiçəklərinin uzunluğu 12 mm, çiçək tacı ağımtıl-çəhrayı, kasacığı itidişciklidir. Meyvəsi uzunsov düz və ya azacıq əyilmiş formalı olur. Yeraltı sistemi ana kökdən, üfüqi və şaquli kökümsovlardan (stolonlar) hörülmüş çox yaruslu sistemdən ibarət olmaqla, kökləri ilə torpağa möhkəmlənir. Kökləri ilə torpağın 8 m dərinliyinə qədər gedə bilir. Kök və gövdələri silindrik formalı, müxtəlif uzunluqlu, qalınlığı 0,5-5 sm və daha çox ola bilər. Yaxşı inkişaf etmiş kök və kökümsovları hamar olub, qalınlığı 15 sm-ə çatır. Təmizlənmiş xammalı xaricdən açıq-sarı rəngdən, qonur-sarı rəngə qədər dəyişir. İysiz, tünd şirin dadlı, azacıq qıcıqlandırıcıdır.
Yerüstü gövdə ana kökdən inkişaf edir. Çiçəkləmə may-iyun aylarında, meyvələrin yetişməsi isə sentyabrda olur.
Çayın kənarlarında, dərin olmayan kiçik yarğanlarda, əkin sahələrində rast gəlinir.
Çoxillik yabanı çılpaq biyan ilin müxtəlif vaxtlarında kök və gövdələri toplanılır və keyfiyyətli dərman bitkisi xammalı kimi istifadə edilir. Xammal 70-75% köklərdən, vegetativ orqanlardan - demək olar ki, bərpa olunmuş pöhrəliklərdən ibarətdir. Qazaraq kök və kökümsovları, yerüstü hissələri toplanılır. Xammalın toplanılması bıçaq və xüsusi maşınla toplanılır. Xammalın təkrar toplanılması 8 ildən bir aparıla bilər. Qurudulma çardaxda, yüksək temperaturda aparılır.
Quru yaxşı havalı yerlərdə saxlanılmalıdır. Məntəqələrdə xammal doğranmış halda faner yeşiklərdə, tozu isə şüşə bankalarda qablaşdırılmalıdır. Saxlanılma müddəti 10 ildir.
Köklərində 23% qliçirrianin, 4% flavonoidlər, steroidlər, efir yağları, askorbin turşusu, acı maddələr, piqmentlər və qatran vardır. Şirin dadlı biyan köklərndə saponinlər - qliçirrazin (23%, şəkərdən dəfələrlə şirin), flavonoidlər (4%-ə qədər) (likviratin, likviritigenin, izolikviritin), qliçerritin turşusu, askorbin turşusu, steroidlər, efir yağı, şəkər, piqment, qatran, aspargin və selik maddələri vardır. Bitkinin yerüstü hissəsində aşı maddələri, flavonoidlər, efir yağı, şəkər, piqmentlərdən ibarətdir. Kök və kökümsovlarında triterpenli saponinlər, qatran, üzvi turşular və piyli yağlar vardır.
Öskürəkkəsici, iltihabsorucu və spazmolotik dərmandır.
Bütün yeraltı hissələri keyfiyyətli dərman xammalı hesab olunur. Qliçirrizin və qliçirritin turşusu dezoksikortikosteronun tənzimləyir.
Mədə-bağırsaq, babasil, öskürək əleyhinə yumşaldıcı üçün «Elekasol», «Mirfazin», «Kasmin», «Roqlidis» preparatları vardır. Toz kimi kompleks qarışıqlara "Kodelak" misaldır.
Kökündən hazırlanan quru və qatı ekstrakt (0,25% ammonyak) sinə eleksiridir.
Biyan siropu. Öskürəkkəsici dərmandır.
Qliçiram həb 0,05 q, uşaqlar üçün 0,025 q. Zəif iltihabsorucu dərmandır. Böyrəküstü vəzi hormonunu stimullaşdırır. Bronxial astmanın yüngül formalarında, ekzema və allergik dermatitlərdə tətbiq edilir.
Kökündən hazırlanan ekstrakt. Qliderin 1% və 2%-li məlhəmi (qliderin 18 dehidro-qliçerid turşusu).
İltihabsorucu və antiallergik dərman. Neyrodermit, allergik dermatit və ekzemada təyin edilir.
Likviriton həb 0,1 q. İltihabsorucu, spazmolotik və antisekretor dərman maddəsidir.
Flakarbin qranula. İltihabsorucu və spazmolotik dərman maddəsidir. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyində təyin edilir.
Epigen aerozol. Virus əleyhinə dərman maddəsidir.
Bitkinin istifadə orqanı kökü və gövdələridir. Bitkinin tərkibində olan flavonoidlər iltihab əleyhinə və spazmolotik, selik, qatran isə işlədici və öskürəkkəsici təsir göstərir. Kökləri güclü bürüyücü, öskürəkkəsici, yumşaldıcı, iltihab əleyhinə, sidikqovucu, desensiblizasiyaedici və spazmolotikdir. Yuxarı tənəffüs yollarının iltihabı, allergik rinit, faringit, difteriya və bronxial astma xəstəliklərində istifadə edilir. Eyni zamanda qəbizliklə müşayət olunan qastrit, mədə xorası və qida zəhərlənmələrində, uşaq xəstəlikləri praktikasında yüngül işlədici kimi, böyrək və sidik yolları hətta böyrəkdaşı xəstəliyində təyin edilir. Bundan başqa diatezlərdə, allergik dermatit və ekzemalarda işlədilir. Tərkibində olan qliçirrazin turşusu steroid hormonların yaranmasında iştirak edir. Qastrit və mədə xorasında 1ml biyan soku 100ml qaynanmış suda həll edərək, 2-3 dəfəyə isti halda qəbul edilməlidir. 2 çay qaşığı xammal 1,5 stəkan qaynar suda dəmləyərək (termosda) içmək lazımdır (sutqalıq doza). Kökündən (bütöv, kəsilmiş) öskürəkkəsici dərman, bişirmə və işlədici kimi qarışıqların tərkibində tətbiq edilir.
Likviriton adlı dərman preparatı hazırlanır ki, iltihabsorucu, spazmolotik və antiseptik dərman kimi mədə və onikibarmaq bağırsağın xorasında, qastrit, hiperqastritlərdə, yeni alınan flakarbin preparatı isə mədə və onikibarmaq bağırsağın xorasında, qliçiram preparatı buynuz təbəqəsinin iltihabında, bronxial astmada, allergik dermatitdə, ekzemada və böyrəküstü vəzi funksiyasının artmasında istifadə edilir. Sinə eleksiri hazırlanır. Çoxillik ot bitkisi olub, kökümsovları yoğun, şişman, üfüqi, sıx və saçaqlı kök sisteminə malikdir. Gövdəsi tək, bəzən bir neçə olub, hündürlüyü 40-100 sm, düzqalxan, daxili içiboş, yuxarı hissəsi sadə və ya budaqlanandır. Yarpaqları növbəli, aşağı yarpaqları saplaqlı, yuxarı yarpaqları isə oturaq, lələkvari, 17-21 ədəd olub, uzunsov-yumurtaşəkillidir. Gövdənin yuxarı hissəsindəki çiçəkləri süpürgəvaridir. Kasacığı zəngşəkilli metalparlaqlı-tükcüklüdür. Çiçək tacı mavi rəngli, 5 ləçəkli, zəngşəkilli-şinəbənzərdir. Avropa və Sibirin meşə və meşəbozqır zonalarında yayılmışdır. Çoxlu pöhrəlik və qruplar halında rast gəlinir. Rütubətli çəmənliklərdə, talalarda, kolluqlarda və çay vadilərində yayılmışdır. Keyfiyyətli dərman xammalı kimi kökümsov və kökləri vegetasiya müddətinin sonunda (avqust-sentyabr) toplanılır. Xammal yalnız quru havada, günün ikinci yarısında günəşli gündə toplanılaraq, çardaxda, ventiliyasiyalı yerlərdə və 50-60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Müalicə müddəti 3-4 həftədir. 1-1,5 aydan sonra müalicə təkrar edilə bilər.
Preparat: Sinə eliksiri (Elixir pectoralis). Tərkibi biyan ekstraktı - 20,7q, rektifikasiya olunmuş zirə efiri 0,34q, naşatır spirtinin sulu məhlulu - 1,38q, etil spirti 90% - 20,41 ml, distillə olunmuş su 100 ml. Öskürək zamanı 20-40 damcı gündə bir neçə dəfə qəbul etmək mümkündür. Uşaqlarda bu doza yaşa görə (3-12 damcı) təyin edilməlidir. Flakonlarda 25ml miqdarında buraxılır.
Tərkibində ekstraktiv maddələr 0,15%, ammonyak 25%, rütubət 14%, kül 8%, yarpaq, kök və qonur-sarı gövdə hissəcikləri 4%, üzvi maddələri 1%-dən çox deyildir. Təmizlənmiş xammalda kül 6%, yaxşı təmizlənməmiş yarpaq, kök və gövdə hissəcikləri 15%, qaralmış, bozarmış, qonurlaşmış və açıq rəngli hissəcikləri 20%, üzvi maddələri 0,5%, mineral maddələri 0,5%-dir.
Xalq təbabətində ökürəklə müşayət olunan soyuqdəymə xəstəliklərində 0,5 çay qaşığı biyan kökü 1 çay qaşığı bal ilə qarışdırılaraq gündə 3 dəfə qəbul etmək lazımdır. Mədə yarası və müxtəlif öd xəstəliklərində kökünü gün ərzində 5-7 dəfə çeynəmək lazımdır.
Uzun müddət qəbulu zamanı orqanizmdə, xüsusən üzdə və oynaqlarda şişkinlik əmələ gətirir. Müalicə müddəti 4-6 həftədir. Biyan kökünü uzun müddət orqanizmdən kalium ionunu itirən diuretiklərlə birlikdə işlətmək məsləhət görülmür. Belə bir hal yarandıqda ürək qlükozidlərinin təsiri güclənə bilər. Bu zaman xəstə kaliumla bol olan qidalar (banan, kişmiş, ərik) qəbul etməlidir.
Əks göstəriş Hamiləlik. İshal yarandıqda ehtiyatla işlətmək lazımdır.