Kənd | |
Şirəqala | |
---|---|
40°28′14″ şm. e. 44°21′55″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Abaran mahalı]] |
Rayon | [[Abaran rayonu]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Şirəqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd.[2]
Rayon mərkəzindən 20 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], XIX əsrə aid rus mənbələrində[4] qeyd edilmişdir.
Toponim «gil növü, mavi gil» mənasında işlənən şirə sözünə[5], «istehkam, müdafiə tikilisi», «həbsxana, zindan» mənasında işlənən qala sözünün qoşulması nəticəsində əmələ gəlmişdir.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nшn 15. VII. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardenut qoyulmuşdur.
Erməni mənbələrində 1914-cü ildə burada 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir[6].
1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənüər yaşayır.