Şiş sinanxum

Şiş sinanxum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şiş sinanxum (lat. Cynanchum acutum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin sinanxum cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yarpaqları ürəkşəkilli-üçkünc və ya yumurtaşəkilli-ürəkşəkillidir, uc hissəsi küt, qaidəsi dərin ürəkşəkillidir, çılpaq, tünd göy rəngdədir, saplağı 3-7 sm-dir. Çiçəkləri sıx və yaxud yumuşaq, sadə və ya budaqlanmış çətirəbənzər çiçək qrupundadır. Tacı çəhrayı və yaxud ağ rəngdədir, diametri 5–7 mm-dir, uzunluğu 4–5 mm olan uzunsov küt bölümlüdür. Toxumları yumurtaşəkilli, yastılaşmış uzunluğu 5–7 mm olub açıq qonur rəngdədir, uc hissədə uzun ipək kimi tüklər dəstəşəkillidir. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba),Samur-Şabran oval., Xəzəryanı, Abşeron, BQ şərq, Kür-Araz oval., Kür düz., Alazan-Əyriçay, Lənk. oval., KQ cənub, KQ şimal, Nax. düz. Ovalıqlarda və dağətəyi yerlərdə, nadir halda aşağı və orta dağ qurşağında.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Suvarma kanallarının sahilində, kollu cəngəlləklirdə, çay və meşə kənarında, dəniz sahilində, alaqlı yerlərdə, səpələnmiş və qrup halında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Zəhərli bitkidir. Yarpaqlarının parenxim hüceyrələrində kauçuk vardır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Solenostemma acutum (L.) Wehmer
  • Vincetoxicum acutum (L.) Kuntze

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 212.