Şnitsel | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Almaniya mətbəxi, Avstriya mətbəxi | |
Mənşəyi | |
Təfərrüatları | |
Tipi | Ət yeməyi |
Şnitsel (alm. Schnitzel; schnitzen — doğramaq, kəsmək sözündəndir) — unlama və isti yağda qızartma (fritür) yolu ilə hazırlanan nazik ət dilimi[1]. Düzgün bişirilmiş şnitsel qızılı-narıncı rəngdə və xırtıldayan olur. İlk növbədə dana ətindən hazırlanan şnitsel adı ilk növbədə Vyana mətbəxinə aid edilir və XIX əsrin ikinci yarısından etibarən geniş yayılmışdır[2][3]. Alman dilindən tərcümədə "şnitsel" — "tikə, parça", "dilim" mənalarında tərcümə olunur[4][5]. Şnitsel çex analoqu — rjizekdir (çex. řízek). Şnitselin müxtəlif növləri vardır. Məsələn, Vyana şnitseli[6][7][8], Berlin şnitseli[9], Paris şnitseli, ovçu şnitseli, Hamburq şnitseli və s. Argentina, Boliviya, Braziliya, Paraqvay, Çili, Peru, Uruqvay və Venesuelada bu yemək milanesa adlanır.