Şober şorgiləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Şober şorgiləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Şober şorgiləsi (lat. Nitraria schoberi) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü.
Növün arealına Qərbi Asiya, Qafqaz, Orta Asiya, Çin, Şərqi Avropa (Krım), Cənubi-Şərqi Avropa (Rumıniya) daxildir.
Hündürlüyü 1,5 m-dək (bəzən 2 m) olan dağınıq koldur. Zoğları möhkəm, tikanlı, ağımtıl qabıqla örtülmüşdür. Yarpaqları növbəli, uzunsov-belvari, 2 sm uzunluqda, 2-5 mm enindədir. Çiçəkləri antimorf, çiçək qruplarına (buruqlara) yığılmışdır. Çiçək yanlığı 5 ədəd ətli kasayarpaqlı, 5 ədəd, sarımtıl-ağ ləçəkli, 10-15 erkəkcikli və bir dişiciklidir. Meyvəsi şarşəkilli-yumurtavari, birtoxumlu çəyirdəkdir. Əvvəlcə meyvəsi qırmızı, yetişdikdə təxminən qara rəngli olur. May-iyunda çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
İşıqsevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir. Yarımsəhralarda, çılpaq çöllərdə, şoran torpaqlarda, daşlı-çınqıllı yamaclarda bitir.
Növ Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Böyük Qafqazda rast gəlinir.
Bitkinin meyvəsi xoş, şor dadı ilə fərqlənən şirəli çəyirdəkdir. Onlar çiy yeyilir, kompot, mürəbbə, şirə, povidla, cem, konfetlər düzəldilir. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine