Şotlandiya musiqisi

Pikt daş işində arfa ifaçısı. 700–900-cü illər.

Şotlandiya musiqisiŞotlandiya ərazisində formalaşmış musiqi sənəti.

Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə bağlıdır. Gəzərki xalq müğənniləri olan bardlar, sonralar isə minstrellər qəhrəmani, məhəbbət mahnıları qoşur, xalq eposunu qoruyub-saxlayırdılar. Şotlandiya mahnıları üçün pentatonika və natural məqamlar xarakterikdir. Mahnı və rəqslər XII əsrdən populyarlaşan arfa, XV əsrdən əsas milli musiqi aləti olan tuluq zurnası, fidele, viola, skripka ilə müşayiət olunurdu. XII əsrdən professional dini və dünyəvi saray musiqisi inkişaf etməyə başlamış, XIII əsrdə xor məktəbləri yaranmışdı. XVI əsrin birinci yarısında Şotlandiya musiqisi bəstəkarlardan Robert Karver, Robert Conson, Devid Pibls və başqalarının yaradıcılığı ilə bağlıdır. Musiqi sənəti XVII əsrdən yüksəlişə başlamışdır. XVIII əsrdə professional musiqi cəmiyyətləri, xor, orkestrlər və opera birlikləri yaranmışdır. Şotlandiya xalq mahnıları əsasında ilk ballada-opera ("Nəcib çoban", 1725, Allan Ramzey) yaradılmışdır. XVIII–XIX əsrlərdə musiqi ifaçılığı yüksək professional səviyyəyə çatmış, 1838-ci ildə Edinburq Universitetində musiqi kafedrası, 1890-cı ildə Şotlandiya Kral Musiqi Akademiyası kimi musiqi təhsili ocaqları yaranmışdır. 1929-cu ildə Qlazqo şəhərində Şotland Milli Musiqi Akademiyası təşkil olunmuşdur. Müasir bəstəkarlıq məktəbinin banisi Aleksandr Makkenzidir. C, Deyvi, R. Krouford, T, Masqreyv və başqaları XX əsrin əsas Şotlandiya bəstəkarlarıdır. Edinburqda konservatoriya, xor kollektivləri, simfonik orkestrlar fəaliyyət göstərir. 1947-ci ildən Edinburqda hər il beynəlxalq musiqi, dram və balet sənəti festivalı keçirilir.[1]

  1. Шотландија. Мусиги // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 563.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Emmerson, George S. Rantin' Pipe and Tremblin' String – history of Scottish dance music. Second edition 1988. Galt House, London, Ontario, Canada. ISBN 0-9690653-3-7
  • Eydmann, Stuart "The concertina as an emblem of the folk music revival in the British Isles." 1995. British Journal of Ethnomusicology 4: 41–49.
  • Eydmann, Stuart "As Common as Blackberries: The First Hundred Years of the Accordion in Scotland." 1999. Folk Music Journal 7 No. 5 pp. 565–608.
  • Eydmann, Stuart "From the "Wee Melodeon" to the "Big Box": The Accordion in Scotland since 1945." The Accordion in all its Guises, 2001. Musical Performance Volume 3 Parts 2 – 4 pp. 107–125.
  • Eydmann, Stuart The Life and Times of the Concertina: the adoption and usage of a novel musical instrument with particular reference to Scotland. PhD Thesis, The Open University 1995 published online at www.concertina.com/eydmann Stuart Eydmann: The Scottish Concertina
  • Hardie, Alastair J. The Caledonian Companion – A Collection of Scottish Fiddle Music and Guide to its Performance. 1992. The Hardie Press, Edinburgh. ISBN 0-946868-08-5
  • Heywood, Pete and Colin Irwin. "From Strathspeys to Acid Croft". 2000. In Broughton, Simon and Ellingham, Mark with McConnachie, James and Duane, Orla (Ed.), World Music, Vol. 1: Africa, Europe and the Middle East, pp 261–272. Rough Guides Ltd, Penguin Books. ISBN 1-85828-636-0
  • Gilchrist, Jim. "Scotland". 2001. In Mathieson, Kenny (Ed.), Celtic music, pp. 54–87. Backbeat Books. ISBN 0-87930-623-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]