Şumşu döyüşü

Şumşu döyüşü
Tarix 18–23 Avqust 1945
Yeri Şumşu adası
Nəticəsi Yaponların təslim olması
Münaqişə tərəfləri

SSRİ

Yaponiya imperiyası

Tərəflərin qüvvəsi

8,821 əsgər
64 gəmi və kater

8,500 əsgər
77 tank

İtkilər

516 ölü
1,051 yaralı
7 desant gəmisi

256 ölü
762 yaralı
20 tank.

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şumşu döyüşü (Şumşu adasına desant çıxarılması)[1] - Kuril desant çıxarılması əməliyyatı tarixinin mühüm mərhələsisir. Ancaq Yaponiya danışıqsız olmanı əməliyyat başlamazdan dörd gün öncə qəbul etmişdir. Əməliyyat beş gün davam etmiş və 1945-ci ilin 23 avqust]] tarixində bitmişdir. Ancaq bu döyüş sovet-yapon müharibəsi tarixində sovetlərin daha çox itki və yaralı verdiyi döyüş olmuşdur. 24 avqust tarixindən etibarən Sovet ordusu cənubda yerləşən adaların işğalına başlamışdır.

Öncəki vəziyyət

[redaktə | mənbəni redaktə et]

Peterburq anlaşması (1875) Kuril adalarının Yaponiya İmperiyasına verilməsini nəzərdə tuturdu[2]. Bu anlaşma istər Rusiya imperiyası, istərsə də SSRİ üçün zamanın o dövrki şərtlərinə görə əlverişli olmuşdur. Müqavilə sayəsində Yaponiya 1200 km məsafədə yeni ərazilər edir, Rusiya isə faktiki olaraq Sakit okeana çıxışını itirmişdir. Rus-yapon müharibəsi zamanı yaponlar Şumşudan Kamçatkaya desant çıxartmışdılar. Öz sərhədlərinin lap yaxınlığında bu cür təhlükənin olması SSRİ rəhbərliyini daim gərginlikdə saxlayırdı.

Gəmilərin hərəkəti

[redaktə | mənbəni redaktə et]

16 avqust 1945-ci ildə donanma komandanı desant əməliyyatının başlanması haqqında əmr imzalayır. 14 avqust tarixində əməliyyatın başalamasına iki gün qalmış Yaponiya hökuməti təslim olmanı qəbul edir. Bununla belə Kuril adalarında əməliyyat hələ də davam edirdi. Əməliyyatlar rəsmən 23 avqust tarixinddə bitmişdir. 17 avqust saat 17:00 radələrində Petropavlovsk-Kamçatka istiqamətində desantçılar yola çıxmışlar. Gəmiləri bombardımançılar və sualtı qayıqlar müşahidə edirdi. Gecə saatları dumanda hücumun detalları müzakirə edilirdi.

Saat 2:38 18 avqust tarixində sovet sahil batareyası Lopatka burnu istiqamətdə atəş açırlar. 4.22 ilk desant çıxarılması həyata keçirilir. Gəmi sahildən bir qədər aralıda dayanır. Əsgərlər ağır yüklə su ilə üzərək sahilə çıxır. Burada isə onları yapon atəşi gözləyirdi. Çoxları isə elə dənizdəcə ölürdü. 9 saat ərzində 138-ci atıcı taboru, 3 artilleriya diviziyası adaya daxil ola bilir. İki hakim zirvə ələ keçirilir. Bundan sonra yaponların müqaviməti güçlənir onlar hətta əks hücumlar təşkil edərək itirilmiş bir çox əraziləri geri alırlar. Bəzi zirvələr isə dəfələrlə əldən ələ keçir. Hətta yaponlar Şumşuda müdafiəni güçləndirmək məqsədi ilə Paramuşirdən əlavə qüvvələr gətirirlər. Sovet desantçılarının vəziyyəti bundan başqa rabitə əlaqəsinin olmaması səbəbində pisləşmişdi. Günün ikinci yarısında yaponlar tankların köməyi ikə qabağa gedə bilirlər. Ancaq desanyçıları dənizə atmaq mümkün olmur. Bu döyüşdə yaponlar 60 tankdan qırxını itirirlər (yaponlar 27 tankın məhv olmasını qeyd edirlər). Üstəlik tank taborunun komadiri döyüşdə həlak olur. 200 nəfər desantçı döyüşdə həlak olmuşdur. Yaponlar sahilə yaxın yerləşən gəmilərə artilleriya zərbələri endirirlər. Nəticədə sovet donanmasına ciddi zərbə dəyir. Burada 7 desant gəmisi (DS-1, DS-3, DS-5, DS-8, DS-9, DS-43, DS-47)[3], 1 sərhəd kateri P-8 (5 nəfər ölmüş, 6 yaralanmışdır), 2 kiçik kater və 7 desant gəmisi (DS-2, DS-4, DS-7, DS-10, DS-48, DS-49, DS-50), 1 nəqliyyat gəmisi zədələnmişdir. Yapon təyyarələri gəmiləri havadan atəmə tutsalarda böyük nəticə əldə edilmir. Bircə «Kirov» gəmisinin iki ekipajı yaralanmışdır. Bununla belə iki yapon təyyarəsi zenit atəşi ilə sıradan çıxarılır.

Havanın qaralmasına baxmayaraq döyüş havam edir. Bu zaman sovet qüvvələri artıq yaponların artilleriya məntəqələrinin nəzarətdə saxlaya bilmişdi. Elə bu zaman əlavə güvvələr bölgəyə gətirilir. Gecə radələrində duman səbəbindən təyyarələr hərəkət edə bilmirdi. Bununla belə adaya 2-ci eşalon desant çıxarılır. 373-cü atıcı tabor, artilleriya taboru və dəniz piyadaları bölüyü sahilə çıxır. Yaponların 250 əsgəri və 3 bateriyası ələ keçirilir.

Desantların irəliyə getməsində çətinliklər yaranmışdı. Üstəlik əməliyyatın şiddətliyi zəyifləmişdi. 18:00 radələrində yapon qoşunlarının komandanı sovet desantçılarının komandiri P. İ. Dyakova məktub yazaraq danışıqsız təslim olmanın şərtlərini danışmağı təklif edir. Hərbi əməliyyatlar dayandırılır. Elə həmin gün yopon təyyarəsi (bəzən — təyyarəçi-kamikadze) Şumşu yaxınlığında bir sovet katerini batırır.

Sovet gəmiləri Kataoka və Şumşuya istiqamət götürür. Bu zaman Şumşu və Paramuşir adalarında gəmilərə atəş açılır, nəticədə «Oxotsk» gəmisində 3 nəfər ölür, 12 nəfər yaralanır. «Kirov» gəmisinin iki ekipajı yaralanır. Sovet ordu komandanı əməliyyatların bərpa olunması haqqında əmr imzalayır. Adaya bombalar atılır. Bundan sonra yeni deleqasiya danışıqlar məqsədi ilə sovetlər tərəfə keçir.

21 — 22 avqust

[redaktə | mənbəni redaktə et]

Yapon komandirləri adanın təslim olmasını yuvatmağa çalışır. Bu səbəbdən 2 atıcı tabor, 23 avqustda adaya enir. Nümayiş məqsədi ilə adada yerləşən yapon batarealarına havadan atəş açılır.

Yaponiyanın təslim olması və Şimali Kuril adalarının ələ keçirilməsi

[redaktə | mənbəni redaktə et]

23 avqustda bölgədə yerləşən yapon qoşunlarının komandanı general-leytenat Fusaki Susumi özü şəxsən təslim olur. Bu zaman 1 general, 525 zabit, 11700 əsgər əsir götürülür. 40 top, 17 qaubis, 9 zenit qurğusu, 214 yüngül plemyot, 123 ağır plemyot, 20 zenit plemyotu, 7420 tüfəng, bir necə tank, 7 təyyarə qənimət olaraq ələ keçirilir. 23 avqustda Paramuşir qarnizonu təslim olur. Burada 8000 əsgər (74-cu piyada briqadası, 91-ci piyada diviziyası, 18-ci və 19-ci atıcı diviziyası, 11-cü tank taboru), 50 ağır silah və 17 tank ələ keçirilir. Üstəlik 74-cu piyada briqadasının general-mayoru İvaoda təslim olur. Sovetlər 416 ölü, 123 itkin, 1028 yaralı, yaponlar isə 369 ölü və 647 yaralı olaraq itki verirlər[4]

  1. День ТВ. "Иводзима по-русски". 2013-04-09. İstifadə tarixi: 2016-03-22.
  2. "Северные территории или Южные Курилы? - Мои статьи - Каталог статей - Hermit Lair". 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
  3. Богатырёв С. В. Потери боевых кораблей и катеров ВМФ СССР в период Великой Отечественной войны 1941—1945 гг. Справочник. — Львов: ИПГ «Марина-Посейдон», 1994. — С. 37.
  4. "Yaponların hərbi texnikası Şimali Kurildə hələ də qalır". 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.