Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs.[1][2] Şəhid olma hadisəsinə "şəhadət" deyilir.
İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır:
Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Din ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |