Şəhər aqlomerasiyası

Böyük Tokio Bölgəsi.

Şəhər aqlomerasiyası — yaşayış məntəqələrinin, ilk növbədə şəhərlərin intensiv istehsalat, nəqliyyat və mədəni əlaqələrlə mürəkkəb dinamik sitemə birləşməsidir. Bu urbanizasiyanın növbəti mərhələsi sayılır.

Aqlomerasiyaların mərkəzində böyük şəhər — "nüvə", kənarlarında isə nisbətən kiçik şəhər və kənd yaşayış məntəqələri — "peyk şəhərlər" yerləşir.

Monomərkəz (bir şəhər ətrafında birləşən aqlomerasiya, məsələn, Bakı aqlomerasiyası) və polimərkəz aqlomerasiyalar (şəhərlərin birləşməsi, məsələn, Almaniyadakı Rur regionu).

Çin, Hindistan, ABŞ, Braziliya, Rusiya, Meksika şəhər aqlomerasiyalarının sayına görə fərqlənir. Dünyanın ən iri şəhər aqlomerasiyaları Tokio (38 milyon nəfərdən çox), Mexiko, Nyu-York, San-Pauludur.

Aqlomerasiyalar böyüyərək meqalopolisə çevrilir.