Şəhər inqilabı, XX əsrin ən böyük arxeologiya mütəxəsislərindən olan Qordon Vir Çayldın Man Makes Himself adlı əsərində bəhs etdiyi, mədəniyyət tarixinin III mərhələsinin başlanğıcıdır.[1] Qordon, bu əsərində adət olunmuş 3 mərhələli sistem (daş dövrü, bürünc dövrü və dəmir dövrü) yerinə 4 mərhələli bir sistem təklif etmişdir.[2] Bu mərhələlər sıra ilə Paleolitik dövr, Neolitik dövr, Şəhər dövrü və Sənaye dövrüdür. Şəhər inqilabı Qordonun, Neolitik dövrdən Şəhər dövrünə keçişi şərtləndirən hadisələr seriyasına verdiyi addır.[3]