Şəms Pəhləvi | |
---|---|
fars. شمس پهلوی | |
Doğum tarixi | 28 oktyabr 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 29 fevral 1996 (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Həyat yoldaşı | |
Atası | Rza şah Pəhləvi[1] |
Anası | Tacülmüluk[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Şəms Pəhləvi (fars. شمس پهلوی; 28 oktyabr 1917, Tehran – 29 fevral 1996, Santa-Barbara, Kaliforniya) – İranın Şahənşahı Məhəmməd Rza Pəhləvinin bacısı, Rza şah Pəhləvi övladı. Qardaşının hakimiyyəti illərində Qırmızı Aslan və Günəş Cəmiyyətinin prezidenti olmuşdur.[2]
Şəms Pəhləvi 1917-ci ilin 28 oktyabr tarixində Tehran şəhərində Rza şah Pəhləvi və Tacülmülukün böyük qızları olaraq anadan olmuşdur. Şəms Pəhləvi atasının təziqi ilə İranın 1935–1939-cu illərdə baş nazir olmuş Mahmud Cəmin oğlu Firudin Cəmlə evləndirilmişdir.[3]
Rza şah Pəhləvinin ölümündən sonra məcburi evləndirilən Şəms Pəhləvi boşanmışdır. 1941-ci ildə İranda anqlo-sovet işğalının başlamasından sonra Rza şah Pəhləvi hakimiyyəti təhvil vermək məcburiyyətində qalmış və sürgünə yollanmışdır.
Rza şah Pəhləvinin sürgündə olduğu Mavriki Respublikasının Port-Luiz və daha sonra gedəcəkləri CAR-ın Yohannesburq şəhərlərində Şəms atası ilə birlikdə olmuş və bu dövrdə İranda çap edilən günlük Ettela'at qəzetində öz xatirələrini çap etdirmişdir. Şəms Pəhləvi 1945-ci ildə ölkənin bir müddət Mədəniyyət Naziri olmuş Mehrdad Pahlbod adlı iranlı ilə evlənərək Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına köçmüşdür.
Bu dövrdə ailənin Tehranla olan əlaqələri hələ də, qalmaqda idi və 1951–1954-cü illəri əhatə edən Abadan böhranından sonra Şəms Pəhləvi İranı yenidən tərk etmək məcburiyyətində qalmışdır. 1940-cı ildə Şəms Roma-Katolik kilsəsinin inancı olan katolikliyi qəbul edərək dinini dəyişdirlmişdir.[4] Fərziyyələrə görə Şəmsin belə qərar verməsində Şah olan qardaşı Rza şah Pəhləvinin yaxın dostu avropalı Ernst Perronun əhəmiyyətli təsiri olmuşdur. Daha sonra Şəmsin həyat yoldaşı və övladlarıda xristianlığı qəbul etmişdir.
1953-cü ildə böhranın başa çatmasından sonra Pəhləvi ailəsi yenidən ölkə üzərindəki hakimiyyətini bərpa etmişdir. Bu zaman Şəms Pəhləvi bacısı və Rza şah Pəhləvinin əkiz tayı olan Əşrəf Pəhləvidən fərqli olaraq ön planda olmağı yox, ictimai işlərdə və cəmiyyət arasında görünməməyə üstünlük vermişdir. Buna baxmayaraq Şəms atasından ona saxlanılan mirası qorumağa davam etmişdir.
1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra Şəms ölkəni birdəfəlik tərk etmək yenidən Amerika Birləşmiş Ştatlarına yollanmaq məcburiyyətində qalmışdır. 1996-cı ilin 29 fevral tarixində Şəms Pəhləvi Kaliforniya ştatının Santa-Barbara şəhərində yerləşən evində 78 yaşında vəfat etmişdir.