Şərqi Sibir dənizi | |
---|---|
rus. Восточно-Сибирская Море | |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 944 600 km² |
Həcmi | 60,700 km³ |
Dərin yeri | 915 m |
Orta dərinliyi | 66 m |
Tökülən çaylar | İndiqırka və Kolıma çayları |
Yerləşməsi | |
72° şm. e. 164° ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Sibir dənizi -Şimal Buzlu okeanın akvatoriyasında yerləşir. Yeni Sibir adaları ilə Vrangel adası arasında yerləşir. Sahəsi 944 600 km² təşkil edir. Sahilləri inzibati cəhətdən Yakutiya və Çukot muxtar diyarı ərazisinə daxildir. Rus coğrafiya cəmiyyəti rəhbəri Y.M.Sokolskiy təklifi ilə SSRİ MİK 1935-ci ilin 27 iyun tarixli qərarı bu ad təsdiqlənir. Su tutumu 60,700 km³ təşkil edir.
Çukot dənizi və Laptevlər dənizinin arasında yerləşir. Sahillərində Yano-İndiqırskaya və Nije-Kolımskaya çokəklikləri vardır. Dib relyefi əsasən çayların gətirmə suxurları ilə örtülüdür. Orta dərinlik 66 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Sularında duzluğu 5‰-30‰ arasında dəyişir. Dənizə İndiqırka və Kolıma çayları axır. Sahilləridə bir çox körfəzlər vardır: Omulyaxskaya, Xromskaya, Kolımskaya və Caumskaya. İri adaları Yeni Sibir, Luxovski və Vrangel. Daxili hissələrində adalar yoxdur. Əsas limanı Pevekdir, bəzən isə Ambarçik körfəzindən istifadə edilir. Suları Morj, Suiti və dəniz balıqları ilə zəngindir.
Dəniz şelf üzərində yerləşir. Şərq sahilində dərinlik 54 m, qərb hissədə dərinlik 20 m, şimalında isə 200 m təşkil edir. Ən dərin yeri 915 m təşkil edir. İlin böyük qismi buzla örtülü olur. Yay zamanı şərqində iri buz parçaları hərəkət edir. Onlar əsasən yay aylarında şimala doğru irrələyir.
Dəniz suyu ilin böyük qismi aşağı olur. Yayda orta temperatur -1,8 °C təşkil edir. Cənub hissələrdə temperatur 5 °C qalxır. Ən isti suları əsasən çayların dənizə töküldüyü yerlərdə olur ki, buda yayın sonlarına təsadüf edir. Temperatur burada 7 °C qədər yüksəlir. Mərkəz hissələrdə duzluğu 30‰, çaylar tökülən yerlərdə 10-15 ‰ təşkil edir. Ən aşağı duzluluq 0% qədər düşür. Dərinliklərdə 32 ‰ təşkil edir.