Assosiasiya | Şərqi Türküstan Futbol Assosiasiyası |
---|---|
Konfederasiya | Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (KONİFA) |
Baş məşqçi | Elşad İslam |
Ən çox qol vuran | İxtiyar Yusupov (2) |
FİFA kodu | UYGHUR |
İlk beynəlxalq oyunu | |
Şərqi Türküstan 8–2 Qərbi Papua (Haaqa, Niderland; 19 oktyabr 2019) | |
Ən böyükhesablı qələbəsi | |
Şərqi Türküstan 8–2 Qərbi Papua (Haaqa, Niderland; 19 oktyabr 2019) | |
Ən böyükhesablı məğlubiyyəti | |
Tamil İlam 3:0 Şərqi Türküstan (Serji (Val-d'Uaz), Fransa; 14 dekabr 2019) |
Şərqi Türküstan milli futbol komandası — Şərqi Türküstanı təmsil edən futbol komandasıdır. Əvvəllər "Uyğur" ("Uyghur") kod adı ilə qeydiyyatdan keçən komanda Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (KONİFA) üzvüdür.
Şərqi Türküstan milli futbol komandası yarandıqdan sonra ilk beynəlxalq oyununu 19 oktyabr 2019-cu ildə Haaqada Qərbi Papua milli futbol komandası ilə keçirdi.[1] Komanda Qərbi Papua komandası üzərində 8–2 hesablı qalibiyyət əldə etdi. 14 dekabr 2019-cu ildə Şərqi Türküstan 2020 KONİFA Dünya Kubokunun seçmə mərhələsi Fransanın Serji şəhərində Tamil İlam milli futbol komandası ilə oyun keçirdi və komandaya 3:0 hesabı ilə uduzdu.
Şərqi Türküstan Futbol Assosiasiyasının yaradılması fikri futbol komandası hələ qurulmazdan əvvəl, 2014-cü ildə irəli sürülmüşdür.[2][3][4]