Şərüin | |
---|---|
شروين | |
29°01′ şm. e. 0°16′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 285 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 01014 |
Şərüin (ərəb. شروين) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı rayonun inzibati mərkəzidir.
Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimal-qərbindəki vahələrdən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 903 kilometr cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 266 metrdir.[1]Şərüin kommunası Talmin, Uled-Ayşə,Deldul, Metarfa və Tsabit kommunaları ilə həmsərhəddir . Sahəsi 3080 km2-dir.
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C.[2]
2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 11,347 nəfər idi. Əhalinin 50,6%-ni kişilər, müvafiq olaraq 49,4%-ni isə qadınlar təşkil edirdi.[3] Əhalinin savadlılıq səviyyəsi 54,2 faiz təşkil etmişdir.[4]