Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Məhəmməd Əbdül Kərim | |
---|---|
منشى عبدالكريم Mohammed Abdul Karim | |
| |
Kraliça Viktoriyanın Hindistanlı Katibi | |
1892 – 1901 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Chansi yaxınlığında Lalitpur şəhərində Britaniya Hindistanı |
Vəfat tarixi | 1909in apreli |
Vəfat yeri | Aqra, Britaniya Hindistanı |
Fəaliyyəti | ev işçisi, müəllim, assistent[d] |
Həyat yoldaşı | Rəşidan Kərim |
Dini | Müsəlman |
Vikianbarda əlaqəli mediafayllar |
Hafiz Məhəmməd Əbdül Kərim — Münşi kimi tanınan Kraliça Viktoriyanın Hindistanlı xidmətçisi. O kraliçaya son on beş il ərzində xidmət göstərmiş və bu müddət ərzində onun rəğbətini qazana bilmişdir.
Kərim Britaniya Hindistanında Chansi yaxınlığında anadan olub. 1887-ci ildə Viktoriyanın Qızıl Yubileyi ilində, Kərim Kraliçanın qulluqçusu olmaq üçün seçilmiş iki hindistanlıdan biri idi. Xidməti ərzində Viktoriyanın rəğbətini qazandığı üçün ona Münşi ("mirzə" və ya "müəllim") adı verilib. Viktoriya onu özünün Hind katibi təyin edib və Hindistanda ona torpaq mülki bağışlayıb.
Kərim və Kraliça arasında olan sıx platonik münasibətlər Kral Sarayında ziddiyyətlərin yaranmasına gətirib çıxardı, belə ki sarayın digər üzvləri özlərini Kərimdən daha üstün sayırdılar. Kraliça səyahətə çıxarkən Kərimin də götürülməsini təkid edib, bu da kraliça və digər xidmət personalı arasında mübahisələrə səbəb olub. 1901-ci ildə Viktoriyanın ölümünün ardından, onun davamçısı VII Eduard Kərimi Hindistana geri göndərib və Viktoriya ilə Münşinin yazışmalarının müsadirə olunması və məhv edilməsi əmr edib. Bu hadisələrdən sonra Kərim ömrünün sonunadək Viktoriya tərəfindən Aqra yaxınlığında ona verilmiş torpaq mülkində sakit həyat keçirib.
Rejissor Stiven Frirz tərəfindən ekranlaşdırılmış və baş rollarda Əbdül Kərim rolunu Əli Fazal, Kraliça Viktoriya rolunu Cudi Dençin oynadığı Viktoriya və Əbdül filmi Kraliça və Əbdül arasında olan münasibətlərdən bəhs edir.[1]