Əbdüllətif Camal Rəşid | |
---|---|
sor. لەتیف ڕەشید | |
| |
Vəzifədədir | |
13 oktyabr 2022-ci ildən | |
Əvvəlki | Bərhəm Saleh |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1944 (80 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, inşaat mühəndisi[d] |
Həyat yoldaşı |
|
Dini | sünni islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əbdüllətif Camal Rəşid (ərəb. عبد اللطيف رشيد, həmçinin Lətif Rəşid (kürd. لەتيف ڕەشید) kimi bilinir; 10 avqust 1944, Süleymaniyyə, İraq krallığı[d])[1] — iraqlı kürd siyasətçisi və 2022-ci il İraq prezident seçkilərindən sonra İraqın doqquzuncu prezidenti.[2] O, əvvəllər Nuri əl-Maliki hökuməti dövründə su ehtiyatları naziri olub. Bundan əvvəl o, həm İraq Keçid Hökumətində, həm də İraq Müvəqqəti Hökumətində eyni vəzifədə çalışıb. Rəşid Kürdüstan Vətən İttifaqının (KYB) Böyük Britaniyadakı keçmiş mətbuat katibi olub.
2003-cü ilin sentyabrından 2010-cu ilin dekabrınadək su ehtiyatları naziri vəzifəsində çalışan Rəşid suvarma, kommunal və sənaye su təchizatı, hidroenergetika, daşqınlara qarşı mübarizə və bataqlıqların bərpası kimi ekoloji tələblər də daxil olmaqla bir sıra məsələlərə cavabdeh idi.
Rəşid 1944-cü ildə İraqın Kürdüstan bölgəsinin Süleymaniyyə şəhərində yüksək təbəqədən olan kürd ailəsində anadan olub.[3] O, Liverpul Universitetində İnşaat Mühəndisliyi üzrə bakalavr dərəcəsinə (1968) və Mançester Universitetində magistr dərəcəsinə (1973) və mühəndislik üzrə fəlsəfə doktoru (1978) dərəcəsinə malikdir.[3] Liverpul Universitetini bitirdikdən sonra 1969-cu ildə Süleymaniyyə Universitetində müəllim kimi fəaliyyətə başlayıb.[3] İraqa qayıtdıqdan sonra qaynı Cəlal Təlabaninin rəhbərlik etdiyi KYB-nin fəal üzvü olub.
O, Şanaz İbrahim Əhmədlə evlidir və üç uşaq atasıdır.[3]