Əbdürrəhman Momənd | |
---|---|
Təxəllüsü | Abdur Rahmán Bábá |
Doğum tarixi | 1632 |
Doğum yeri | |
Vəfat tarixi | 1706 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba[2] (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər[1]) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı.[3]
Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var. Puştu poeziyasının atası adlandırılan Əbdürrəhman Moməndin yaradıcılığı əfqan poeziyasının inkişafına güclü təsir göstərmişdir. Pişəvər şəhərindəki məzarı sufilərin əsas ziyarət yerlərindəndir.[4]