Əbdürrəhman Mələk

Əbdürrəhman Mələk
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Osmanlı imperiyası, Adana
Vəfat tarixi 1978, 13 yanvar
Vəfat yeri Ankara, Türkiyə
Dəfn yeri
  • Qarşıyaxa qəbiristanlığı[d]
Milliyyəti Türkiyəli
Partiya
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhman Mələk (1896, Antakya - 13 yanvar 1978 Ankara), Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini bir kənara qoyub, özünü Hatayın qurtuluş mübarizəsinə həsr edib.

Əbdürrəhman Mələk 1896-cı ildə Antakyada anadan olub. İbtidai və orta məktəbi Antakyada, Sultani (liseyi) Hələbdə bitirmişdir. Tibb təhsilinə Dəməşq Tibb Məktəbində başlayıb. Birinci Dünya müharibəsinin başlaması ilə İstanbul Tibb Fakültəsinə keçdi və 1919-cu ildə oranı bitirdi.

Əbdürrəhman Mələk hələ tələbə ikən Antakyada Türk Ocağı qurub. O, Hatayın Türkiyəyə qatılması üçün mübarizə aparan Hatay Erkinlik Cəmiyyəti İstanbul Şöbəsinin prezidenti olub. Cenevrədə fransızlarla Hatay danışıqlarında iştirak edən Türkiyə Nümayəndə heyətində iştirak edib.

19 may 1937-ci ildə Millətlər Cəmiyyətinin Hatay üçün qəbul etdiyi konstitusiyadan sonra qurulan Hatay Dövlətinin ilk baş naziri oldu. O, 1939-cu ilə qədər bu vəzifədə çalışıb. Baş nazir olduğu müddətdə Hatayın Türkiyəyə qatılması üçün intensiv iş apardı. 1939-cu il iyunun 29-da Hatay Məclisi Türkiyənin tərkibinə qatılmağa qərar verdi. 7 iyul 1939-cu ildə Hatay Türkiyə Cümhuriyyətinə qatıldı.[1][2][3]

Hatay Türkiyəyə qatıldıqdan sonra Mələk Türkiyə Böyük Millət Məclisində millət vəkili vəzifəsində çalışıb. 1960-cı ildə Demokrat Partiyasından istefa verərək Yeni Türkiyə Partiyasını qurub. 1978-ci il yanvarın 13-də Ankarada vəfat edib.

  1. Melek, Abdurrahman. Hatay Nasıl Kurtuldu. s. 9-10.
  2. Göksel, Ali. Hatay'da Türk Milli Mücadelesi. s. 150-151.
  3. Özcan, Hakan. Hatay'ın Kurtuluşu. s. 200-201.