Əbrəc Əlbeyt Qüllələri | |
---|---|
| |
21°25′08″ şm. e. 39°49′35″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Məkkə, Səudiyyə Ərəbistanı |
Tikilmə tarixi | 2004-2012 |
Mərtəbə sayı | 120[1] |
Mərtəbə sahəsi |
|
Memar | Devid Nan |
Memarlıq quruluşu | Postmodern memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir.[2]
2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır.[3] Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd. dollar xərclənmişdir.[4] Binanın ümumi tutumu 65 000 nəfərdir. Həmçinin, binada 4000 nəfərlik məscid də fəaliyyət göstərir. Saat qülləsinin dörd tərəfli saatının diametri 46 m olan hər bir tərəfi qızıl suyuna salınmış keramik lövhədən ibarətdir.[5] Dünyanın ən hündür ikinci binası olan Əbrəc Əlbeyt Qüllələrinin Məscidül-Hərama baxan tərəfində ərəbcə yazılmış "Allahın adı ilə" kəlməsi iki milyon ədəd LED lampası ilə işıqlandırılır.