Əbu Səid Qansu | |
---|---|
Əl-Malik Əz-Zahir | |
Misir və Suriya sultanı | |
31 oktyabr 1498 – 30 iyun 1500 | |
Əvvəlki | Nasir Məhəmməd ibn Qayıtbəy |
Sonrakı | Əşrəf Canbolat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Dini | İslam |
Əbu Səid Qansu, eyni zamanda Qansu əl-Əşrəfi, I Qansu və ya əl-Zahir Qansu (1473 – 1500) — Burci sülaləsindən olan Misirin iyirmi üçüncü Məmlük sultanı. 1498–1500 aralığında Məmlük sultanlığını idarə etmişdir.
Əbu Səid Qansu əslən Sultan Qayıtbəy tərəfindən satın alınan bir gənc çərkəz idi. Sultan Qayıtbəy ən çox sevdiyi cariyəsinin qardaşı olduğunu biləndə Sultanın varisinin və gələcək sultanın Məhəmməd hamisi təyin edildi. Məhəmməd hakimiyyəti ələ keçirdikdə Məmlüklər sultandan narazılıq etdilər, üsyan etdilər, öldürdülər və Əbu Səid Qansunu onun yerinə seçdilər. Əvvəlki sultan kimi eyni aqibətlə qarşılaşan məmlüklər Qansudan da narazı qaldı. Qansu bir qadın cildində saraydan qaçmağa çalışdı, lakin tutuldu və İsgəndəriyyəyə sürgün edildi.
Qansunun xələfi I Tuman bəyin əmri ilə öldürüldüyü iddia edilmişdir.[1][2] Ancaq o da Əşrəf Canbolat tərəfindən devrilərək hakimiyyətə gəldi.