Əfqan mücahidləri

Əfqan mücahidləri
ərəb. مجاهد
Növü Hərbi birləşmə
Yaranma tarixi 1979–2001
Ölkə Əfqanıstan Əfqanıstan
Müharibələr Əfqanıstan müharibəsi (1979–1989)
Əfqanıstan müharibəsi (2001–2021)
Qarabağ müharibəsi[1]
Tacikistan Vətəndaş Müharibəsi
Birinci Çeçenistan müharibəsi
Dağıstan əməliyyatı
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfqan mücahidləri (ərəb. مجاهد‎ mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDRƏfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri.

1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək KarmalNəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü"[2] deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمانdušman, душмон, puştu دښمان — duxman,dušman)qiyamçılar[3], əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شورویšuravî, шӯравӣ — "sovet") adlandırmışlar.

Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər.

İdeologiya və strategiyaları

[redaktə | mənbəni redaktə et]
  • Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur".
  • Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər"[4].
  • Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər. Mücahidlərin siyasi partiyaları və xarici sponsorları bu məqsədlərə xeyli vəsait xərcləmişlər.
  • Mücahidlər yerli əhalinin dəstəyi uğrunda təbliğat mübarizəsində qeyd-şərtsiz qələbə qazandı.
  • Mücahidlər təcili döyüş tapşırıqlarının həllinin bir hissəsi olaraq müxtəlif ölçülü qrupların bir hissəsi kimi çıxış etdilər: kiçik mobil hissələr, əhəmiyyətli qruplar və böyük birləşmələr.
  • Hər il mücahidl'rin silahlı birləşmələrinin üzvlərinin sayı, 1979-cu ilin sonundan — OKSVA-nın (Ограниченный контингент советских войск в Афганистане) tətbiqi anından başlayaraq eksponent olaraq artdı. 1989-cu ildə OKSVA-nın geri çəkildiyi dövrdə onların 250 min nəfəri keçdi.
  • 1979–1989-cu illər müharibəsi boyu hökumət dairələrində, ordu komandanlığı sıralarında, Dövlət Təhlükəsizliyi Nazirliyi, ƏDR Daxili İşlər Nazirliyi və yerli əhali arasında mücahidlər yaxşı inkişaf etmiş və yaxşı qurulmuş bir kəşfiyyat şəbəkəsinə sahib idi.
  • Mücahid dəstələri coğrafi, partiya, milli, konfessional, qəbilə xüsusiyyətləri əsasında yaradıldı, hərəkətləri yerli sahə komandirlərinin və yerli rəhbərlərin səlahiyyətli komandanlığı tərəfindən əlaqələndirildi və nəzarət edildi, bu da əlaqələndirilmiş və səmərəli şəkildə hərəkət etməyə imkan verdi.
  • Mücahidlərin OKSVA, dövlət hakimiyyəti və ƏDR silahlı qüvvələrinə qarşı silahlı mübarizəsində məqsəd Sovet qoşunlarının geri çəkilməsi və Əfqanıstanda sovet tərəfdarı hökumətin devrilməsi olmuşdur.
Mücahidlər əfqan-pakistan sərhəddində, 1985-ci il.

Döyüş taktikası həyata keçirən mücahidlərin döyüş nəzarətinin əsas prinsipləri bunlar idi:

  • nizami qoşunların üstün qüvvələri ilə birbaşa qarşıdurmaların qarşısını almaq;
  • döyüş mövqelərinin müharibəyə çevirilməməsi,
  • uzun müddət işğal olunmuş ərazilərin birləşdirilməsindən və saxlanılmasından imtina;
  • basmaçılar taktikasının geniş tətbiqi ilə qəfil hücumlar/

Silahlı qarşıdurma şərti olaraq üç mərhələyə ayrıldı:

  • Hərəkətsizliyin bir forması olan mütəşəkkil müqavimət, müəyyən nöqtələrin və ərazilərin tutulması, əhali arasında geniş təbliğat kampaniyalarının keçirilməsi və onları öz tərəflərinə çəkmək.
  • Təxribat və terror hücumları, qarnizon və hökumət qoşunlarının postlarına basqınlar, sütunlara hücumlar səbəbindən hərbi əməliyyatların artması. Əsas məqsəd silah, döyüş sursatı və müxtəlif maddi-texniki vasitələrin ələ keçirilməsidir.
  • Düşmənin tam və geniş şəkildə məhv edilməsi.
DŞK, AKMRPG-7 ilə silahlanmış mücahidlər, 1987-ci il
  • BUR vintovkaları (Li-Metford və Lee-Anfield (Lee-Metford. Mk. I, II, Lee-Enfield Mk I, I *)) — 1890–1905-ci illərdə İngiltərədə istehsal olunan 30 atışlı .303 düym (7.71x56 mm) çaplı tüfənglər;
  • Çin, Misir, SSRİ-də istehsal olunan 7,62 mm-lik Kalaşnikov avtomatı
  • ABŞ avtomatik vintovkaları M-16A1;
  • Almaniya, İsrail, İngiltərə, İsveçdə istehsal olunan avtomatlar
  • Çində istehsal olunan 12,7 mm çaplı DShK ağır pulemyotlar;
  • SSRİ, Çin, Folsknet — İsveçrə, Lants-2 — Almaniya, M72 LAW — ABŞ, Sarpak — Fransa, Piket — İsrail istehsalı olan RPG-2, RPG-7 tank əleyhinə əl qumbaraatanları;
  • Çin, Pakistan və ABŞ-də istehsal olunan 75 mm və 82 mm kalibrli silahlar;
  • minomyotlar — 60 və 82 mm;

Hava hücumundan müdafiə

  • Çin, SSRİ, Çexoslovakiyada istehsal olunan ZGU, ZU-25–2, ZU-23–4 zenit qurğuları;
  • Kiçik kalibrli zenit silahları "Erlikon";
  • Portativ hava hücumundan müdafiə sistemləri MANPADS "Strela-2" — SSRİ, Çin, Misir, "Jewelin", "Bloipipe" — İngiltərə, "Stinger", "Redeye" — ABŞ;

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Турция и карабахский конфликт". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
  2. Толковый словарь Беслова
  3. "Глава IV Как воюют моджахеды / Трагедия и доблесть Афгана". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
  4. "МОДЖАХЕДЫ — Культура веры. Путеводитель сомневающихся". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.