Əfrin | |
---|---|
36°30′43″ şm. e. 36°52′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 270 m |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əfrin[2] və ya Afrin[3] (ərəb. عفرين, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər.
Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir.[4]
1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı.[5] 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir.
Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi.[6]. Suriya vətəndaş müharibəsinin əvvəlindən şəhər kürd hərbi dəstələrinin nəzarəti altında idi. 2018-ci ilin yanvarında Zeytun budağı əməliyyatı nəticəsində şəhər türk hərbi qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmişdir.