Əhməd Eyyub Türkaslan | |
---|---|
türk. Ahmet Eyüp Türkaslan | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1994[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 7 fevral 2023[3] (28 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 189 sm |
Mövqeyi | qapıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd Eyyub Türkaslan (türk. Ahmet Eyüp Türkaslan; 11 sentyabr 1994[1][2], Yavuzeli[d], Qaziantep ili – təq. 7 fevral 2023[3], Malatya) — qapıçı kimi çıxış etmiş Türkiyə futbolçusu.[4]
Əhməd Eyyub Türkaslan peşəkar karyerasına 2013-cü ildə "Buqsaşspor "da başlamış, 2016–2-17-ci illərdə isə "Osmanlıspor"da qısa müddətə icarə əsasında çıxış etmişdir. O, 3 iyun 2017-ci ildə "Osmanlıspor" heyətində "Beşiktaş"a 4:0 hesabı ilə məğlub olduqları matçda debüt etmişdir.[5] Türkaslan 2020-ci ildə "Ümraniyəspor"a keçid etmişdir.
Türkaslan növbəti mövsüm "Yeni Malatyaspor" ilə 1 illik müqavilə imzalamışdır.[6]
Əhməd Eyyub Türkaslan evli olmuşdur.[7]
6 fevral 2023-cü ildə Türkaslanın Türkiyə–Suriya zəlzələsindən sonra çökən yaşayış binasının altında qaldığı bildirilmişdir.[8] Onun öldüyü ilə bağlı iddiaları klubun prezidenti Hacı Əhməd Yaman təkzib etmiş, xilasetmə işlərinin hələ də davam etdiyini qeyd etmişdir.[9] Dağıntılar altından xilas edilən həyat yoldaşı sosial şəbəkədə kömək istəmiş və əlavə etmişdir ki, ərazidə nə ekskavator, nə də kran yoxdur.[7] Onun cəsədi 7 fevral 2023-cü ildə çıxarılmışdır. Türkaslanın vəfat etdəndə 28 yaşı var idi.[10][11]