Əhər | |
---|---|
38°28′30″ şm. e. 47°03′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 426 |
Vikianbarda əlaqəli mediafayllar |
Əhər (azərb. اهر) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur.[3]
2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur.[4]
1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir. Əhər həmçinin, Qaradağ xalçası kimi tanınan xalça növünün də istehsalının mərkəz şəhəridir.
Müasir dövrdə Əhərin nəqliyyat sahəsindəki problemlər bir qədər aradan qaldırılmış və Kəleybər kimi bazar mərkəzləri meydana çıxmışdır.
Əhərin turistlər tərəfindən ziyarət olunan əsas yeri Şeyx Şəhabəddinin mavzoleyidir. Şeyx Şahabəddin sonradan Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olmuşdur.
XIX əsr səyyahı Ceyms Morier abidəni belə təsvir etmişdir:
Mavzoley kərpicdən tikilmişdir. Təməli daşlardan hörülmüşdür. Girişi yüksək sütunlü girişdən ibarətdir. Sütunlu giriş iki sütundan ibarətdir. Sütunlar çini ornamentlərlə örtülmüşdür. Kiçik taxta qapı tikilinin arxasından açılaraq, bizi binanın Şeyxin məzarı olan hissəsinə aparır. Məzar daş barmaqlıqlarla əhatə edilmişdir. Daşlar üzərində çox gözəl ornamentlər oyulmuşdur. Məzarın üzəri mərmərdən düzəldilmişdir və mərmərin üzərinə gözəl ornamentlər həkk edilmişdir.[5] |
2006-cı il siyahıya almasına əsasən əhalisi 86,760 nəfərdir .[6] Əhalisinin, demək olar ki, hamısı azərbaycanlılardan ibarətdir.