Əkrəm Əlican

Əkrəm Əlican
türk. Ali Ekrem Alican
11-ci Türkiyə Respublikası Baş nazirinin müavini
25 iyun 1962 – 25 Aralık 1963
Baş nazirİsmət İnönü
ƏvvəlkiƏli Akif Eyidoğan
SonrakıKamal Satır
Türkiyənin Maliyyə naziri
30 may 1960 – 26 dekabr 1960
Baş nazirCamal Gürsəl
ƏvvəlkiHəsən Poladqan
SonrakıMustafa Kamal Qurdaş
Yeni Türkiyə Partiyasının sədri
13 fevral 1961 – 17 oktyabr 1966
Sonrakıİrfan Ağsu
Türkiyə Böyük Millət Məclisi IX, X, XII və XIII çağırış millət vəkili
Seçim bölgəsi1950 – Sakarya
1954 – Sakarya
1961 – Sakarya
1965 – Sakarya
Şəxsi məlumatlar
Doğum tarixi 1916
Doğum yeri
Vəfat tarixi 18 iyun 2000(2000-06-18)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Əli Əkrəm Əlican (1916, Adapazarı18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri.

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub.[1][2] O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.[1]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Əkrəm Əlican Maliyyə Nazirliyində müfəttiş köməkçisi kimi xidmətə daxil olub. 1940–41-ci illərdə Çanaqqalada artilleriya leytenantı kimi məcburi hərbi xidmət keçib. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Nazirlik onu yenidən Londona göndərmək istəsə də, lakin o, oğlunun Nazirlikdə işləməsindən məmnun olan atasını razı sala bilməyib. Bir müddət sonra Əkrəm Əlican müfəttiş vəzifəsinə yüksəlib. 1946-cı ildə isə yenidən qısa müddətə hərbi xidmətə çağırılıb.[1][2]

Əkrəm Əlican ikinci hərbi xidmətini başa vuraraq 7 illik xidmətdən sonra Nazirlikdəki vəzifəsindən istefa verib doğma şəhərinə qayıdıb. Burada o, digər üç qohumu ilə birlikdə kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan firma yaradıb, lakin bu firma qısaömürlü olub.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əkrəm Əlican 34 yaşında Demokrat Partiyasına daxil olub və 1950-ci ildəki seçkilərdə Kocaeli şəhərinin millət vəkili seçilib. Daha sonra ailəsi Ankaradan köçüb.1951-ci ildə Əlican Ada bazarında regionun çox ehtiyac duyduğu şəkər emalı zadonun tikintisi üçün ayağa qalxıb və 1953-cü ildə bu zavod istehsala başlayıb.[1][2]

1952-ci ildə başlamış partiyadaxili mübahisələri çoxalsa da, o, 1954-cü ildəki seçkilərdə iştirak edib və parlamentdəki yerinib qoruyub saxlayıb, 1955-ci ildə Demokrat Partiyasında "sübut etmək hüququ" hərəkatına qoşulub və oradakı mübahisələr səbəbindən Partiyanı tərk edən 9 deputatdan biri olub. 1955-ci ilin 20 dekabr tarixində 19 siyasətçi Azadlıq Partiyası adı altında siyasi partiya yaratmaq qərarına gəlib. Beləliklə, həmtəsisçilər arasında Əkrəm Əlican, Əkrəm Xeyri Üstündağ və Fevzi Lütfi Qaraosmanoğlundan sonra üçüncü partiya lideri olub.[1][2][3]

ABŞ prezidenti Con Kennedi Vaşinqtonda, Ağ Evdə Türkiyə Baş nazirinin müavini Əkrəm Əlican, səfir Rüfət Turqut Mənəmencioğlu və maliyyə naziri Fərid Mələn ilə görüşündən

1957-ci il 27 oktyabrda Azadlıq Partiyası seçkilərdə uğursuz oldu, ondan parlamentə cəmi 4 nəfər keçdi.

1958-ci il 24 noyabrda partiyanın qurultayında partiya buraxıldı. Üzvlərin çoxu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasına qoşulsa da, ancaq Əkrəm Əlican onlarla getmədi.[1]

1960-cı il mayın 27-də Demokrat Partiyasının hökumətini devirən hərbi çevrilişdən dərhal sonra mayın 30-da xunta olan Milli Birlik Komitəsi tərəfindən o, Maliyyə Naziri təyin edildi. 1960-cı ilin 26 dekabrında Əkrəm Əlican ordu ilə arasındakı maliyyə siyasəti ilə bağlı mübahisələrə görə kabinetdən istefa verdi.[4][5] Alican resigned from the cabinet on December 26, 1960 due to disputes over financial politics with the militaries.[1][2]

O, 13 fevral 1961-ci ildə yeni qurulan iki partiyadan biri olan və məqsədi qadağan olunmuş Demokrat Partiyasının səslərini cəlb etmək olan Yeni Türkiyə Partiyasını qurdu. Partiyanın lideri isə özü oldu.[4] 1961-ci il oktyabrın 15-də keçirilən ümumi seçkilərdə Yeni Türkiyə Partiyası yalnız cüzi 13,73% səs toplaya bildi və nəticədə parlamentdəki ümumi 450 yerdən 65 yer qazandı və eyni gündəki senat seçkilərində isə onun partiyası ümumi səslərin 13,0%-ni topladı, bu da 150 yerdən 27-si demək idi. O, Doğma şəhəri Ada bazarını da birləşdirərək Sakarya vilayətinə millət vəkili seçildi.[1][2][6]

Əkrəm Alican 1962-ci il iyunun 25-dən 1963-cü il dekabrın 25-nə kimi fəaliyyət göstərən Cümhuriyyət Partiyasının lideri İsmət İnönünün koalisiya hökumətində Baş nazirin müavini vəzifəsind çalışıb.[1][2][4] O, 1965-ci il oktyabrın 10-da keçirilən seçkilərdə yenidən Sakaryanın millət vəkili seçilib və onun partiyası parlamentdəki 450 yerdən 19-nu qazanıb.[2] 1966-cı il oktyabrın 17-də Əkrəm Əlican partiya lideri vəzifəsindən istefa verib və 1969-cu ildə isə o, siyasətdən geri çəkilib.[1][4]

Sonrakı illəri və ölümü

[redaktə | mənbəni redaktə et]

1970–1980-ci illərdə Əkrəm Əlican Türkiyənin ən böyük özəl banklarından biri Yapı Kredi Bankında İdarə Heyətinin sədri vəzifəsində çalışıb.[1][2]

O, 2000-ci il 18 iyunda 84 yaşında İstanbulda Yeniköydəki evində vəfat edib. Təşvikiyə məscidində keçirilən dini mərasimin sonra Ada bazarının İkicə Müsəlman kəndindəki ailə qəbiristanlığında torpağa tapşırılıb.[2] Onun həyat yoldaşı və üç övladı qalıb.[1][2][7]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "40 Soruda Ekrem Alican ve Adapazarı" (türk). Medyabar. 2013-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 "Ekrem Alican toprağa veriliyor". NTV-MSNBC (türk). 2000-06-19. 2013-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  3. Dağcı Taşpınar, Gül Tuba. Ekrem Alican'ın Siyasi Hayatı. İstanbul Üniversitesi-Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü (türk). Belgeler. 198. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  4. 1 2 3 4 "Ekrem Alican toprağa verildi". Akşam (türk). 2000-06-20. 2013-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  5. "24. Hükümet" (türk). Türkiye Cumhuriyeti Başbakanlık. 2013-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  6. "1961 Yılı Genel Seçim Sonuçları" (türk). Belge Net. 2013-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
  7. "Ekrem Alican defnedildi". Türkiye Gazetesi (türk). 2000-06-20. 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-18.
Sələfləri 
Əli Akif Eyidoğan
Türkiyə Baş nazirinin müavini
25 iyun 1962 - 25 dekabr 1963
Xələfləri 
Kamal Satır
Sələfləri 
İsmət İnönü
Türkiyə Böyük Millət Məclisinin Ana Müxalifət Partiyasının lideri
20 noyabr 1961- 25 iyun 1962
Xələfləri 
Ragıp Gümüşpala
Sələfləri 
Həsən Poladqan
Türkiyənin Maliyyə naziri
30 may 1960 - 26 dekabr 1960
Xələfləri 
Mustafa Kamal Qurdaş
Sələfləri 
Yeni vəzifə
Yeni Türkiyə Partiyasının sədri
13 fevral 1961 - 17 oktyabr 1966
Xələfləri 
İrfan Ağsu