Əks-səda

Əks-sədasəs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir.

Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur.

Əks-səda və səs lokasiyası

[redaktə | mənbəni redaktə et]

Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir.

İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir.

Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. Ultrasəsdən də əks-səda lokasiyasındavə defektoskopiyada geniş tətbiq edilir. İlk ultrasəs lokatorunun müəllifi fransız fiziki P. Lanjeven olmuşdur. Ultrasəs lokatorları neft və qaz çıxarma işlərində və tibbdə də geniş tətbiq edilir.

  • M. Murquzov. Fizika. VII sinif üçün dərslik.