Əl-Mərcan adaları — Fars körfəzində yerləşən süni arxipelaq. Arxipelaq dörd allüvial adadan ibarətdir. Adalar bir-birinə avtomobil körpüləri vastəsi ilə birləşmişdir. İnzibati baxımından Birləşmiş Ərəb Əmirlinin tərkibinə daxil olan Ras əl-Xayma əmirliyinə aiddir. Adalar Əl-Mərcan-Aylend şirkətinə məxsusdur[1]. Arxipelaq turistlər arasında olduqca populyardır[2]. 2014-cü ildə adaları yüz mindən artıq turist ziyarət etmişdir[3][4][5].
2013-cü ildən bu günə qədər adalar turizm sənayesi, eləcə də bitişik infrastruktur obyektlərinin istifadəsi hesabına inkişaf edən tam təchiz edilmiş yaşayış sahəsi formalaşmışdır[2]. 2014-cü ildə adalara gələn yüz min ziyarətçinin 23 %-i BƏƏ-nin sakinləri olmuşdur[5]. Ras əl-Xaymaya gələn turistlərin əksəriyyəti Rusiya, Şərqi Avropa və Böyük Britaniya vətəndaşlarıdır. Turizm sənayesi əmirliyin ÜDM-nun təxminən 20 % -ni təşkil edir[6][7]..
Hal-hazırda adalara 20 milyard dirhəm həcmində xarici sərmayə hesabına inkişaf etdirilməsi planlaşdırılır[8][9]. Bu isə adlara 20 milyon turisti cəlb etməyə imkan verəcəkdir. Adalarda Rixos, Bab Al Bahr, Hilton, Al Marjan Island Hotel & Spa və digərlərinin 5 ulduzlu otellərində cəmləşən otaqların ümumi sayı əmirlikdəkilərin 45% -ni təşkil edir[5][10][11].
Real Madrid FK tərəfindən maliyyələşdirilən, adalarda futbol kurortu təşkil etmək layihəsi maliyyənin dayandırılması səbəbindən 2013-cü ilin sonunda ləğv edilir[12]. Əmirlik hökuməti layihəni bərpa etmək üçün digər investorlarla danışıqlar aparır[13]..
Adaların investisiya cəlbediciliyinə səbəb onların ərazilərində azad iqtisadi zona rejimi - fərdi və gəlir vergilərinin olmaması, 100% xarici əmlak və kapitalın qaytarılmasıdır[14][15].
Arxipelaq Briz, Xəzinə, Arzular və Panorama adalarından ibarətdir. Materik sahillərindən manqrov meşələri ilə örtülüdür. Burad iki böyük dağ Yanis və Cais dağları vardır[16]. Adalar körfəzə doğru 4,5 kilometr məsafədə uzanır və 2,7 milyon m² sahəni əhatə edir. Briz adasında bir neçə otel, dükan, uşaq meydançası və iki kilometrlik bulvarı vardır[17]. Xəzinə adası 230 min m² sahəyə sahibdir. Marjan Island Resort & Spa da daxil olmaqla bir neçə kurorta sahibdir[18]. Arzular adasında geniş çimərlik, bir neçə otel, klub və beş kilometrlik sahil gəzinti zolağı vardır[19]. 460 min m² sahəsi olan Panorama adasında bir neçə kurort, klub və otel vardır[20].