Əlamut | |
---|---|
Alamut | |
| |
Müəllif | Vladimir Bartol |
Janr | Roman |
Orijinalın dili | Slovencə |
Ölkə | Sloveniya |
Orijinalın nəşr ili | 1938 |
Tərcüməçi | Rəvan Musayev |
Nəşriyyat | Bakı Kitab Klubu (2017) |
Səhifə | 432 (2017) |
Tiraj | 100 |
Əlamut (sloven. Alamut) — Vladimir Bartolun Həsən Sabbah və Xaşxaşilərdən bəhs edən, adını Əlamut qalasından alan və ilk dəfə 1938-ci ildə slovencə nəşr olunan tairixi romanı.
Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.
Roman ilk dəfə 1938-ci ildə slovencə nəşr olunub.
Daha sonra Rəvan Musayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, 2017-ci ildə Bakı Kitab Klubu tərəfindən 2 dəfə nəşr olunmuşdur.[1][2]