Əli Kərəki | |
---|---|
ərəb. علي كركي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1962 və ya 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2024[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Əli Kərəki (ərəb. علي كركي; 10 may 1962 və ya 1967, Nəbətiyyə mühafəzəsi – 27 sentyabr 2024[1], Daxie[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan hərbçisi, "Hizbullah"ın Cihad Şurasının üzvü.[2] O, "Hizbullah"ın cənub cəbhəsinin komandiri vəzifəsində çalışmışdır.
Kərəki qruplaşmanın lideri Həsən Nəsrullahla birlikdə Dahiyədə yerləşən qərargahında rəhbərlik görüşü keçirilərkən baş verən hədəflənmiş sui-qəsd zamanı öldürülmüşdür.[3]
Əli Kərəki 1962-ci ildə Livanın cənubunda yerləşən Nəbatiyyə mühafəzəsinin Əyn-Busvar kəndində anadan olmuşdur.[4] Universitet təhsilini başa vurduqdan sonra Livanda vətəndaş müharibəsi zamanı "Hizbullah"a qoşulmuşdur. Zamanla rütbələri yüksəlmiş və 2006-cı ildə Livan müharibəsində iştirak etmişdir. Kərəki daha sonra "Hizbullah"ın ali komandanlığı olan Cihad Şurasının üzvü və cənub cəbhəsinin komandiri olmuşdur. Livan vətəndaşlığından əlavə, o, Qvineya vətəndaşlığına sahib idi.[4]
Kərəki müxtəlif terror fəaliyyətlərində, xüsusən də Livanın cənubunda iştirak etmiş və "Hizbullah"ın İsrailə qarşı strateji əməliyyatları ilə əlaqəli olmuşdur. 2019-cu ilin sentyabrında ABŞ Dövlət Departamenti onu "Hizbullah"ın hərbi rəhbərliyində əhəmiyyətli fiqur kimi xarakterizə etmişdir və nəticədə sanksiyaya məruz qalmışdır.[5]