Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əliverdi xan | |
---|---|
Mirzə Məhəmmədəli bin Şahqulu xan Mirzə Məhəmməd Mədəni | |
1740 – 1756 | |
Əvvəlki | Sərfəraz xan |
Sonrakı | Siracəddövlə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | şiş |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Şahqulu xan |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Böyük Moğol imperiyası |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Əliverdi xan (ən geci 10 may 1671, Dekkan sultanlıqları – 9 aprel 1756, Mürşüdabad[d]) — Benqal, Biharа və Orissanın 1740–1756-cı illərdə nəvvabı.
Əliverdi xanın atası Şahqulu xan Mirzə Məhəmməd Mədəni, anası nəvvab Aqil xan Avşarın qızı idi. Avşar elindən çıxmışdılar. Onun əsl adı Mirzə Məhəmmədəli idi. Ailələri şiə məzhəbində idilər. Atası Övrəngzebin oğlu Əzəmşaha xidmət edirdi. Əzəmşah qardaşlarına da orduda rütbə vermişdi. Atalarının vəfatından sonra çox kasıbladılar.
Mirzə Məhəmmədəli və qardaşı Mirzə Əhməd Orissanın söbədarı Şücaəddinin yanında xidmətə daxil oldular. Şücaəddin nəvvab postunu tutandan sonra qardaşların vəziyyəti düzəldi.
1728-ci ildə Şücaəddin Mirzə Məhəmmədəlini Racmahalın föücdarı təyin etdi. Həmin vaxtdan sonra Mirzə Məhəmmədəli Əliverdi xan adlandı. 1733-cü ildə Biharın naib nazimi, naib köməkçisi təyin olundu. 1734-cü ildə Məhəbbət-Cəng ləqəbi aldı. Vəzifə və ləqəbləri artdıqca könlündən hökmüranlıq keçdi. 10 aprel 1740-cı ildə Giriya yaxınlığındakı döyüşdə vəlineməti Şücaəddinin vəliəhdi Sərfraz xanı öldürdü. Beləliklə Bihar və Benqalı nəzarətə götürdü. 3 mart 1741-ci ildə Orissanın naib nazimi və Sərfraz xanın qohumu, bacısının əri Rüstəm-Cəngə qalib gəldi. Orissa da onun hökmranlığı altına keçdi.