Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əmin Fəxrəddin Özdilək | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 mart 1989 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Ordu generalı |
Əmin Fəxrəddin Özdilək (1898[1], Bursa, Xudavəndigar vilayəti – 13 mart 1989, Ankara) Türk əsgəri və siyasətçisi.
İlk təhsilindən sonra Ədirnə Hərbi Liseyinə daxil oldu. 1916-cı ildə Zabit Təlimgahına göndərildi. 1 iyun 1917-ci ildə "leytenant" rütbəsi aldı. 19 yaşında ikən Qafqaz İslam Ordusu ilə Azərbaycanda savaşdı. 1920-ci ilin sonunda Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. 1 mart 1921-ci ildə "baş leytenant" rütbəsi alaraq 3. Süvari Tüməni əmrində Yunan-Türk müharibəsinə qatıldı. 1925–1927-ci illər arasında Hərb Məktəbi və Süvari Minicilik Məktəbində təhsilini tamamladı. 1933-cü ildə Hərb Akdemiyasına daxil oldu. 30 avqust 1936-cı ildə "kapitan" rütbəsini aldı. 6 oktyabr 1936-ci ildə qərargah zabiti olaaraq Hərb Akdemiyasından məzun oldu. 1936–1959-cu illərdə Türkiyə Silahlı Qüvvələrində bir çox vəzifələri icra etdi. 30 avqust 1959-cu ildə dörd ulduzlu general rütbəsini aldı.
1960-cı ildə Türk Silahlı Qüvvələrinin ölkə rəhbərliyini ələ keçirdiyi 27 May çevrilişində Birinci Ordu Komandiri olaraq iştirak etdi. Milli Birlik Komitəsində iştirak edən Özdilək 9 iyun 1960-cı ildə Cemal Gürselin qurduğu hökumətdə Milli Müdafiə Nazirliyinə gətirildi. 21 oktyabr 1960-cı ildə Dövlət Naziri və Baş nazirin müavini təyin edildi. Cemal Gürselin Prezidentliyi 26 Oktyabr 1961-ci ildə başladığından, Baş nazir vəzifəsi boşaldıqdan sonra 27 Oktyabr 1961–20 Noyabr 1961 arasında müvəqqəti olaraq Baş nazir vəzifəsini icra etdi. 1961–1980-ci illər arasında, Cümhuriyyət Senatında təbii bir üzv və Milli Birlik qrupunun başçısı olaraq iştirak etdi. 1983 Ümumi Seçkilərində Xalqçı Partiyasından Konya millət vəkili seçildi. 13 Mart 1989-cu ildə Ankarada vəfat etdi. Cəbəci Əsri qəbiristanlığında dəfn edildi.
Ali Ədalət Məhkəməsi tərəfindən verilən ölüm hökmlərinin təsdiqinə qarşı səs verdi.[2]
Əmin Fəxrəddin Özdilək qırmızı zolaqlı "İstiqlaliyyət" medalı ilə təltif edilmişdir.